Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf cümə axşamı günü ölkəsinin İraq hökumətinin silahların nizamlanması və Silahlı Qüvvələrin Ali Baş Komandanının tabeliyinə verilməsi ilə bağlı hüquqi çərçivənin yaradılması proqramını dəstəklədiyini, həmçinin iki ölkə arasında imzalanmış təhlükəsizlik sazişlərinə sadiq olduğunu təsdiqləyib.
İran Trampın təhdidlərinə cavab verdi: “Silahlı qüvvələrimiz istənilən cavabı verməyə hazırdır”
ABŞ və İran arasında İsveçrədə davam edən danışıqlar fonunda tərəflər arasında söz savaşı daha da sərtləşib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehrana yönəltdiyi son təhdidlərə cavab verərək, ölkəsinin təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib.