8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran Trampın təhdidlərinə cavab verdi: “Silahlı qüvvələrimiz istənilən cavabı verməyə hazırdır”

ABŞ və İran arasında İsveçrədə davam edən danışıqlar fonunda tərəflər arasında söz savaşı daha da sərtləşib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehrana yönəltdiyi son təhdidlərə cavab verərək, ölkəsinin təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib.

21 İyun 2026 22:00
İran Trampın təhdidlərinə cavab verdi: “Silahlı qüvvələrimiz istənilən cavabı verməyə hazırdır”

BAKI,VOA, Orxan Qədirzadə

ABŞ və İran arasında İsveçrədə davam edən danışıqlar fonunda tərəflər arasında söz savaşı daha da sərtləşib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehrana yönəltdiyi son təhdidlərə cavab verərək, ölkəsinin təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib.

Qalibaf çıxışında ABŞ rəhbərliyinin İran əleyhinə bəyanatlarını kəskin tənqid edib və Vaşinqtonun təhdid siyasətinin nəticəsiz qaldığını vurğulayıb.

“Əgər onların təhdidləri nəticə versəydi, bu gün düşdükləri çıxılmaz vəziyyətlə üzləşməzdilər. Biz ABŞ-nin təhdidlərini ciddi qəbul etmirik. Onlar bəyanatlarına diqqət etməlidirlər. Silahlı qüvvələrimiz istənilən formada cavab verməyə hazırdır. Nə qədər danışsalar da, hərəkətə keçən tərəf biz olacağıq”, – deyə İran parlamentinin sədri bildirib.

Qalibafın açıqlaması ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı səsləndirdiyi sərt bəyanatlardan sonra verilib. Tramp daha əvvəl İran rəsmiləri ilə apardığı danışıqlara toxunaraq bildirmişdi ki, əgər Tehran Hörmüz boğazını bağlamağa cəhd etsə, bunun İran üçün çox ağır nəticələri olacaq.

ABŞ Prezidenti qeyd etmişdi ki, İran boğazı bağlayacağı təqdirdə “ölkə olaraq mövcudluğunu belə təhlükə altına sala bilər” və İran rəhbərliyinə belə addımdan çəkinmək barədə xəbərdarlıq etdiyini vurğulamışdı.

Bu arada İran və ABŞ nümayəndələri arasında İsveçrənin Bürgenştok şəhərində Pakistan və Qətərin vasitəçiliyi ilə keçirilən danışıqlarda fasilə elan olunub.

İranın yarırəsmi informasiya vasitələrinin yaydığı məlumata görə, fasilənin məqsədi tərəflərin öz paytaxtları ilə məsləhətləşmələr aparması və müzakirələrin gedişi ilə bağlı əlavə təlimatlar almasıdır.

İran Xarici İşlər Nazirliyinin və danışıqlar heyətinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, fasilədən sonra görüşlər yenidən davam etdiriləcək. Onun sözlərinə görə, tərəflər arasında aparılan müzakirələrin gün ərzində yekunlaşacağı gözlənilir.

Hələlik danışıqların nəticələri barədə rəsmi məlumat açıqlanmasa da, müşahidəçilər hesab edirlər ki, Hörmüz boğazının statusu, İranın nüvə proqramı, regional təhlükəsizlik məsələləri və sanksiyalar mövzusu danışıqların əsas gündəliyini təşkil edir.

Regionda artan gərginlik fonunda Vaşinqton və Tehran arasında aparılan təmasların nəticəsi Yaxın Şərqin təhlükəsizlik arxitekturası və qlobal enerji bazarları baxımından xüsusi əhəmiyyət daşıyır.

Məqalədə: #ABŞ prezidenti Donald Tramp #ABŞ və İran arasında İsveçrədə davam edən danışıqlar #tərəflər arasında söz savaşı #İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf #Trampın Tehrana yönəltdiyi son təhdidlər

Mövzu üzrə digər xəbərlər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı
ArabAZ analitika: Geosiyasi təhlillər

Silahlı dəstələrin yerinə neft və qaz xətləri -Vaşinqtonun Suriya və İraqdakı yeni böyük planı

1 Sentyabr 15:05
Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?

20 Avqust 19:32
Trampın Qəzza üzrə tərksilah planı: Tərəflərin şərtləri və icra maneələri nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Trampın Qəzza üzrə tərksilah planı: Tərəflərin şərtləri və icra maneələri nədir?

14 Avqust 10:03
Donald Tramp Ankaraya gəlib, Ərdoğan onu rəsmi mərasimlə qarşılayıb
Türkiyə

Donald Tramp Ankaraya gəlib, Ərdoğan onu rəsmi mərasimlə qarşılayıb

7 İyul 15:36

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.