Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt
1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur. Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.
Giza yaylasında "itirilmiş Sfinks" iddiası: Faktlar nə deyir?
Misirin Giza yaylasında Böyük Sfinksin altında və ya yaxınlığında ikinci bir Sfinksin mövcud olması ilə bağlı iddialar yenidən gündəmə gəlib. Lakin misirşünaslar və geofizika mütəxəssisləri bildirirlər ki, hazırda bu fərziyyəni təsdiqləyən heç bir arxeoloji qazıntı, maddi sübut və ya elmi cəhətdən təsdiqlənmiş tədqiqat mövcud deyil.