6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt

1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur. Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.

16 Avqust 2026 20:00
Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt

BAKI,VOA Orxan Qədirzadə

1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur.

Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.

Meteoritdən hazırlanmış dəmir xəncər

Tutanxamonun məqbərəsindən tapılan dəmir xəncər xüsusilə diqqət çəkir. Çünki fironun yaşadığı dövrdə dəmir istehsalı hələ geniş yayılmamışdı. Alimlər xəncərin dəmirinin meteorit mənşəli olduğunu müəyyən ediblər.

Qızıl üzüklərlə dolu kətan parçası

Taxta sandıqda tapılan sadə kətan parçanın içindən bir neçə qızıl üzük çıxıb. Bu tapıntı məqbərənin dəfn mərasimindən qısa müddət sonra oğrular tərəfindən qarət edildiyini göstərən sübutlardan biri sayılır.

Ehtimal olunur ki, oğrular qızıl əşyaları götürmək istəyərkən yaxalanıb və üzükləri orada qoyaraq qaçıblar.

Senet oyunu

Məqbərədə Tutanxamonun dörd senet oyun dəsti tapılıb. Qədim Misirdə məşhur olan bu stolüstü oyunun qaydaları tam məlum deyil.

Oyunun yalnız əyləncə vasitəsi olmadığı, axirət həyatı ilə bağlı simvolik məna daşıdığı düşünülür.

Tutanxamonun ölü doğulan qızları

Məqbərədə iki kiçik tabut aşkar edilib. Onların içində Tutanxamonun ölü doğulan iki qızının mumiyalanmış qalıqları olub.

Tədqiqatçılar döl qalıqlarından birinin təxminən 25, digərinin isə 37 həftəlik olduğunu müəyyənləşdiriblər.

Qızıl sandallar

Tutanxamonun məqbərəsindən tapılan qızıl sandallar da diqqətçəkən artefaktlardandır. Sandalların alt hissəsində Misirin doqquz ənənəvi düşməninin təsvirləri yerləşdirilib.

Bu, fironun simvolik olaraq düşmənlərinin üzərində addımlamasını ifadə edirdi.

413 ushabti heykəlciyi

Məqbərədə 413 ushabti adlı kiçik dəfn heykəlciyi tapılıb. Qədim misirlilər bu fiqurların axirətdə ölünün əmrlərini yerinə yetirəcəyinə inanırdılar.

Bəzi heykəlciklər bel, yaba və digər əmək alətləri ilə təsvir olunub.

Fironun paltarları

Məqbərədə Tutanxamonun gündəlik geyimləri ilə yanaşı, çoxsaylı digər paltarları da aşkar edilib. Tapıntılar arasında 145 kətan bel örtüyü, 100 sandal, 12 tunika, 28 əlcək, 25 baş örtüyü və dörd corab olub.

Fironun paltarlarının toxunuş sıxlığı adi Misir kətanlarından xeyli yüksək idi.

Orqanların saxlandığı qızıl örtüklü məbəd

Mumiyalama zamanı fironun ağciyərləri, qaraciyəri, bağırsaqları və mədəsi çıxarılaraq xüsusi qablaşdırılırdı. Tutanxamonun orqanları alabastr qablarda saxlanılır və üzəri qızılla örtülmüş möhtəşəm taxta məbədin içərisində yerləşdirilirdi.

Məbədin dörd tərəfində ölüm və dəfnlə əlaqəli tanrıçalar — İsida, Neftida, Neit və Selket təsvir olunub.

Məşhur qızıl ölüm maskası

Tutanxamonun ən məşhur artefaktı, şübhəsiz, 22 funt, yəni təxminən 10 kiloqram ağırlığında olan qızıl ölüm maskasıdır.

Maska gənc fironu Osiris obrazında göstərir. Karter məqbərənin daxilindəki bir neçə qızıl örtüklü məbəd və tabutun ardınca fironun mumiyasına çatıb. Mumiyanın sarğıları arasında isə 143 amulet, bilərzik, boyunbağı və digər qiymətli əşyalar aşkarlanıb.

Tutanxamonun məqbərəsinin kəşfi qədim Misirin dəfn adətləri, kral həyatı və axirətə dair inancları haqqında mühüm məlumatlar verib.

Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt
Məqalədə: #Qədim Misir #Misir fironları #Tutanxamon #Hovard Karter #Misir arxeologiyası #Kral Tutanxamonun məqbərəsi #Tutanxamonun qızıl maskası #Krallar vadisi #Tutanxamonun xəzinələri #meteorit dəmir xəncər #ushabti heykəlcikləri

Mövzu üzrə digər xəbərlər

Kleopatra həqiqətən ilan sancmasından ölüb?
Maraqlı faktlar

Kleopatra həqiqətən ilan sancmasından ölüb?

16 Avqust 19:00
Giza yaylasında "itirilmiş Sfinks" iddiası: Faktlar nə deyir?
Maraqlı faktlar

Giza yaylasında "itirilmiş Sfinks" iddiası: Faktlar nə deyir?

2 Avqust 06:00
Sina sərhədində hərbi mərkəz: Əl-Əriş şəhəri Qəzzanın yeni idarəetmə nüvəsinə çevrilir
ArabAZ təhlil mərkəzi

Sina sərhədində hərbi mərkəz: Əl-Əriş şəhəri Qəzzanın yeni idarəetmə nüvəsinə çevrilir

21 İyun 15:00
Yumurtadan doğan kainat: Misir mifologiyasında Ranın yaradılış və insanlıq mifi
Mifologiya və əfsanələr

Yumurtadan doğan kainat: Misir mifologiyasında Ranın yaradılış və insanlıq mifi

21 İyun 09:00

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.