Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt
1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur. Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.
Misir fironları Qahirənin mərkəzində
Noyabrın 4-də Misirdə dünyanın ən böyük arxeoloji muzeyi - Böyük Misir Muzeyi (GEM) - öz qapılarını ziyarətçilərin üzünə açdı. Açılışın ilk günündə muzeyi təxminən 18 min nəfər ziyarət edib. Bu, ölkənin yeni mədəniyyət mərkəzinə göstərilən misilsiz marağın göstəricisi sayılır. Tarixi simvolizm də diqqət çəkir: 1922-ci ilin 4 noyabrında britaniyalı arxeoloq Hovard Karter və komandası XX əsrin ən böyük kəşflərindən birini - firon Tutanhamonun məzarını tapmışdı. Bu, qədim Misir tarixində demək olar ki, zədələnməmiş yeganə kral dəfn yeridir.
Kubaba – Tarixin İlk Qadın Hakimi haqqında nələri bilirik?
Kubaba, Sumer şəhəri Kișin tarixi hökmdarı və bəlkə də dünyanın ilk qadın hakimi idi. Onun həyat hekayəsi, hakimiyyətə yüksəlişi və ilahiləşməsi haqqında ətraflı oxuyun.