4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika
Şimali Afrika

Misir fironları Qahirənin mərkəzində

Noyabrın 4-də Misirdə dünyanın ən böyük arxeoloji muzeyi - Böyük Misir Muzeyi (GEM) - öz qapılarını ziyarətçilərin üzünə açdı. Açılışın ilk günündə muzeyi təxminən 18 min nəfər ziyarət edib. Bu, ölkənin yeni mədəniyyət mərkəzinə göstərilən misilsiz marağın göstəricisi sayılır. Tarixi simvolizm də diqqət çəkir: 1922-ci ilin 4 noyabrında britaniyalı arxeoloq Hovard Karter və komandası XX əsrin ən böyük kəşflərindən birini - firon Tutanhamonun məzarını tapmışdı. Bu, qədim Misir tarixində demək olar ki, zədələnməmiş yeganə kral dəfn yeridir.

13 Noyabr 2025 12:55
Misir fironları Qahirənin mərkəzində

BAKI, AzerVoice, Nailə Babazadə

Noyabrın 4-də Misirdə dünyanın ən böyük arxeoloji muzeyi - Böyük Misir Muzeyi (GEM) - öz qapılarını ziyarətçilərin üzünə açdı. Açılışın ilk günündə muzeyi təxminən 18 min nəfər ziyarət edib. Bu, ölkənin yeni mədəniyyət mərkəzinə göstərilən misilsiz marağın göstəricisi sayılır.

Tarixi simvolizm də diqqət çəkir: 1922-ci ilin 4 noyabrında britaniyalı arxeoloq Hovard Karter və komandası XX əsrin ən böyük kəşflərindən birini - firon Tutanhamonun məzarını tapmışdı. Bu, qədim Misir tarixində demək olar ki, zədələnməmiş yeganə kral dəfn yeridir.

Muzeyin əsas zalı Tutanhamonun həyatına həsr olunub. Burada ilk dəfə olaraq Karterin tapdığı 5 min artefakt bir yerdə, tapıldığı ardıcıllıqla nümayiş etdirilir. Dizayn alman Atelier Brückner studiyası tərəfindən hazırlanıb və ziyarətçilərə gənc fironun həyat və ölüm yolunu izləməyə, eləcə də onun axirət səyahətini "yaşamağa" imkan verir.

Zalda ən çox diqqət çəkən eksponat - Tutanhamonun qızıl maskasıdır. Maskanın üzərinə yönəlmiş 14 işıq mənbəyi onun havada asılı kimi görünməsini təmin edir və tamaşaçı ilə əsər arasında demək olar ki, görünməz sərhəd yaradır.

Fironun qızlarının sirri

Muzeyin ən təsirli eksponatlarından biri Tutanhamonun iki qızının mumiyalarıdır. Onlar Karterin kataloqunda “317” nömrəli sadə bir qutuda tapılmışdı.

Radioloq və “Mumiya Layihəsi”nin üzvü Dr. Səhar Saleem bu araşdırma üçün dünyada ilk dəfə olaraq qədim mumiyalaşmış döl üzərində kompüter tomoqrafiyası tətbiq edib.

“Biz iki mükəmməl formalaşmış körpə gördük: biri altı aylıq, digəri isə doğuş zamanı ölmüşdü,” - deyə Saleem bildirib.

Tədqiqat nəticəsində məlum olub ki, bu uşaqlar da kral mərasimi ilə mumiyalaşdırılıb — orqanları çıxarılıb və bəlzəmləyici maddələrlə əvəz edilib. Alimlərin fikrincə, bu, gənc fironun axirət dünyasında övladları ilə birgə olmaq istəyini əks etdirir.

Tomoqrafiya həmçinin göstərib ki, Tutanhamon 19 yaşında ölüb — ehtimal ki, qırıq ayaq və malyariya infeksiyası nəticəsində.

Dr. Saleem vurğulayıb: “Tədqiqat fironun qətlə yetirilməsi barədə fərziyyəni təkzib edir. Kəlləsindəki dəlik zərbənin izi deyil, mumiyalaşdırma mərasiminin bir hissəsidir.”

Xeopsun Günəş Gəmisi

Ziyarətçilərin böyük maraq göstərdiyi başqa bir eksponat — Xeops fironunun Günəş gəmisidir. Bu qədim taxta gəmi 1954-cü ildə Böyük Piramidanın ətəyində iki möhürlənmiş quyudan tapılmışdı. Yapon mütəxəssislərin iştirakı ilə bərpa edilən gəmi indi muzeydə nümayiş olunur, ikinci gəminin bərpası isə davam edir. Alimlərin fikrincə, bu gəmilər fironun ruhunun əbədiyyətə səyahəti üçün nəzərdə tutulub.
Mədəni dirçəlişin simvoluBöyük Misir Muzeyinin ümumi sahəsi 490 min kvadratmetrdir. Burada 57 mindən çox eksponat 12 qalereyada nümayiş olunur. Açılış günü həmçinin audiobələdçi sistemi istifadəyə verilib ki, bu da ziyarətçilərə qədim Misirin xəzinələrini daha rahat araşdırmaq imkanı yaradır.

GEM təkcə memarlıq möcüzəsi deyil — bu, Nil sivilizasiyasının minillik irsini qoruyan, elm, texnologiya və ieksponatlarncəsənəti birləşdirən mədəni dirçəliş rəmzidir.

Məqalədə: #Misir #Firon dövrü #Qadın fironlar #Qədim Misir qadın fironlar #Misir fironları #Böyük Misir Muzeyi (GEM) #arxeologiya #eksponatlar #ziyarətçi təcrübəsi #Fironların həyatı #sivilizasiya #elm və texnologiya #Tutanhamon #Hovard Karter #audiobələdçi sistemi

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misir

Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

3 Sentyabr 16:08
Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir
Misir

Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

3 Sentyabr 16:03

Son Xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
Səudiyyə Media Akademiyasının iştirakçıları Londonda rəqəmsal transformasiyanı araşdırıb
15:30
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.