Kral Tutanxamonun məqbərəsindən tapılan 9 heyrətamiz artefakt
1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur. Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.
9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı
9 yaşında taxta çıxan firon və 18 yaşında haqqında dəqiq məlumat olmayan bir səbəbdən dünyasını dəyişir. Hakimiyyət illərinin e.ə. 1332 – e.ə. 1323 illəri arasında olduğu düşünülür. Tutanxamon atası vəfat etdikdən soonra, başqa bir anadan olan ögey bacısı Anxesenamen ilə evlənərək taxta çıxır.