Yaxın Şərqdəki qeyri-sabitlik Afrikaya təsir edəcək
BVF rəsmisi Zeyn Zeydane Yaxın Şərqdəki qeyri-sabitliyin Afrikaya təsir edəcəyini bildirib. O, gübrə ixracındakı pozuntuların ərzaq təhlükəsizliyinə risk yaratdığını deyib. Zeydane ölkələrə dəstəyin prioritet olduğunu vurğulayıb. O əlavə edib ki, təsirlərin aradan qaldırılması bir neçə ay çəkə bilər. Körfəz ölkələrində ixracın tam bərpası 6–7 ay tələb edir.
Azərbaycan üzərindən Ermənistana gübrə və qarabaşaq göndəriləcək
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq məhsulları göndəriləcək.
Türkiyə limanları ilə 5 milyon tondan çox gübrə daşınıb (ÖZƏL)
Bu ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından 820 min 801 ton təbii, 4 milyon 970 min 873 ton isə kimyəvi olmaqla ümumilikdə 5 milyon 791 min 674 ton gübrə daşınıb. Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 144 min 491 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 5 milyon 647 min 183 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.