İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq ardıcıl üçüncü mövsümdür strateji buğda istehsalında tam özünütəminata nail olub. Ölkə həmçinin xurma istehsalında daxili tələbatını tam təmin edib.
Zeydi İnkişaf Yolu layihəsini sürətləndirmək üçün göstəriş verdi
İraqın Baş naziri Əli əz-Zeydi ölkədə sənaye şəhərlərinin yaradılması, hava limanlarının tikintisi və dəmir yolu xətlərinin çəkilməsini nəzərdə tutan İnkişaf Yolu layihəsinə xüsusi diqqət yetirilməsini tapşırıb. İraq Baş Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Zeydi Milli İnvestisiya Şurasına baş çəkərək ölkənin müxtəlif vilayətlərində həyata keçirilən investisiya layihələri və onların icra mexanizmləri ilə tanış olub.