İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Mavritaniyalı diplomat İsmail Vələd Şeyx Əhməd 30 ildən çox müddəti BMT strukturlarında və böhran ocaqlarında keçirdikdən sonra 57 üzv dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəhbərliyinə gəlir.
İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 57 dövlətin xarici işlər nazirləri cümə axşamı Mavritaniya diplomatı İsmail Vələd Şeyx Əhmədi təşkilatın yeni baş katibi seçiblər. Xarici İşlər Nazirləri Şurası qarşısındakı ilk çıxışında Vələd Şeyx Əhməd bildirib: "Bugünkü seçiminiz mənim peşəkar karyeramdakı ən böyük vəzifə və beynəlxalq, regional və milli xidmətdə keçirdiyim 3 onillikdən artıq dövrdən sonra qazandığım ən yüksək mükafatdır".