Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
S.Mikayılova bildirib ki, sülhün artıq bəyanatlar yox, praktika mərhələsində olduğu heç kimə sirr deyil.
İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova
Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar Ermənistan ərazisində də aparılıb.
Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova İstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib. S. Mikayılova, xüsusilə, Komitənin fəaliyyəti və vəzifələri, IPU-nun cari Assambleyasında qadınların iştirak dinamikası, eləcə də dünya ölkələrinin milli parlamentlərində gender balansı ilə bağlı vəziyyəti barədə məlumat verib.
Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub
Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova IPU-da yüksək vəzifəyə təyin edilib. IPU-nun Gender Əməkdaşlığı Komitəsinin sədri seçilib. Komitənin tərkibinin müəyyənləşməsi üçün seçkilər İstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində baş tutub. Komitə təşkilat daxilində gender islahatlarına nəzarəti həyata keçirir və bu sahədə qlobal miqyasda təşəbbüslərlə çıxış edir. Xatırladaq ki, deputat Sevil Mikayılova Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, IPU-nun 152-ci Assambleyasında iştirak edir. Assambleyanın yekunlarına əsasən fövqəladə məsələ üzrə və daimi komitələrin mövzuları üzrə qətnamələr qəbul ediləcək. Bu mövzulara parlamentlərin effektiv postmünaqişə mexanizmlərinin yaradılmasında və ədalətli, dayanıqlı sülhün bərpasında, eləcə də ədalətli və dayanıqlı qlobal iqtisadiyyatın qurulmasında rolu daxildir. Assambleya plenar debatların ümumi mövzusu üzrə yekun sənədin qəbulu ilə başa çatacaq.
Sevil Mikayılova İstanbulda keçirilən Parlamentlərarası İttifaq İcraiyyə Komitəsinin iclasında iştirak edib
Sevil Mikayılova Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən IPU İcraiyyə Komitəsinin İstanbulda keçirilən iclasında iştirak edib.
Uzanan müharibələr fonunda Azərbaycanın sülh modeli - münaqişələr illərlə davam etməyə məhkum deyil
Müasir dünyada silahlı münaqişələr artıq regional problem olmaqdan çıxaraq qlobal sabitliyi sarsıdan əsas təhlükə faktoruna çevrilib.
Trend BİA və Qazaxıstan nümayəndə heyəti arasında görüş keçirilib
Aprelin 7-də Trend İnformasiya Agentliyinin baş ofisində Qazaxıstan Respublikasından olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Trend BİA-nin direktoru İlqar Hüseynov və Trend BİA-nin direktor müavini, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova iştirak ediblər. Qazaxıstan tərəfini ölkənin mədəniyyət və informasiya üzrə vitse-naziri Rüstəm Əli, Beynəlxalq İnformasiya Komitəsinin sədri Erlan Jetibayev, həmçinin Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin attaşesi Temirlan Baxıtjan təmsil ediblər.
Milli Məclisin nümayəndə heyəti Latviya Seyminin sədri ilə görüşüb
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun nümayəndələri Riqada görüşlər keçiriblər.
İranın Azərbaycan ərazisinə hücumu regionda sabitliyi bilərəkdən pozmaq deməkdir - Sevil Mikayılova
S.Mikayılova bildirib ki, bu hücumun bütün siyasi və hüquqi məsuliyyəti birbaşa İran tərəfinin üzərinə düşür.
Vashinqtondakı təxribat cəhdi məqsədli idi - Sevil Mikayılova
Vaşinqtonda ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyevə qarşı radikal qrup tərəfindən təxribat cəhdinin edilməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu cür aksiyalar adətən spontan etiraz görüntüsü altında təqdim olunsa da, onların arxasında daha geniş siyasi motivlərin və koordinasiyanın dayanması ehtimalı yüksəkdir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hadisədən dərhal sonra ABŞ-dakı erməni lobbi təşkilatlarından olan ANCA və ABŞ Konqresinin üzvü Frank Pallone tərəfindən anti-Azərbaycan ritorikasının gücləndirilməsi bu prosesin siyasi kontekstdə qiymətləndirilməsini zəruri edir.
Azərbaycan və Serbiya gələcək əməkdaşlıq planlarını şaxələndirir - Sevil Mikayılova
Bu səfərin mərkəzində energetika dayanıb.
Müəllimi qorumaq gələcəyimizi qorumaqdır
Dünən biz bir faciə yaşadıq. Bu, təkcə bir cinayət hadisəsi deyil, cəmiyyət, təhsil və gələcəyimiz üçün həyəcan siqnalıdır. 10-cu sinif şagirdinin müəllimini güllələməsi hər birimizi sarsıdan, susmağa imkan verməyən bir faktdır. Bu hadisə bizi nəticə ilə yox, səbəblərlə üz-üzə qoyur. Çünki bu cür faciələr bir günün, bir anın işi deyil.