Səudiyyə Ərəbistanı və Çin iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan rəsmi səfəri çərçivəsində Çində ölkənin vitse-prezidenti Han Çjen ilə görüş keçirib. Görüş zamanı tərəflər Səudiyyə Ərəbistanı ilə Çin arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib, əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması istiqamətində görülə biləcək addımları nəzərdən keçiriblər.
Səudiyyə Livana tətbiq etdiyi qadağanı ortadan qaldırıb
Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz, Livan Prezidenti Cozef Avn və Baş nazir Nəvaf Salamın rəsmi xahişinə əsasən, Livan məhsullarının krallığa olan ixracatının yenidən bərpa edilməsi barədə xüsusi göstəriş verib.
Səudiyyə Ərəbistanı regional gərginliyi azaltmaq üçün genişmiqyaslı diplomatik hücuma başlayıb
Səudiyyə Ərəbistanı son 48 saat ərzində regional gərginliyi azaltmaq və mövqeləri koordinasiya etmək məqsədilə diplomatik fəaliyyətlərini genişləndirib. Səudiyyə Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlardan sonra bir sıra intensiv siyasi məsləhətləşmələr aparıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi indiyədək ictimaiyyətə açıqlanan doqquz diplomatik təmasın baş tutduğunu bildirib. Proses bazar ertəsi nazirin pakistanlı həmkarı İshaq Dar ilə apardığı telefon danışığı ilə başlayıb. Tərəflər Pakistanın vasitəçilik səylərini dəstəklədiklərini və bölgədə onilliklərdir davam edən qeyri-sabitliyi aradan qaldıracaq qalıcı razılaşmanın vacibliyini vurğulayıblar.
Səudiyyənin Xarici İşlər naziri Misir və Qırğızıstan rəsmiləri ilə regional sabitliyi müzakirə edib
Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bazar ertəsi günü misirli və qırğızıstanlı həmkarları ilə regional prosesləri müzakirə edib. Səudiyyə Press Agentliyinin (SPA) məlumatına görə, nazir Bədr Abdelatti ilə telefon danışığı zamanı regional və beynəlxalq təhlükəsizliyin, habelə sabitliyin gücləndirilməsi yollarını nəzərdən keçirib.
Səudiyyə və İran XİN rəhbərləri ABŞ-İran danışıqlarını müzakirə edib
Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub. Məlumata əsasən, tərəflər İran ilə ABŞ arasında aparılan sülh danışıqlarından sonra yaranmış son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Bildirilib ki, telefon danışığı zamanı regionda sabitliyin qorunması və diplomatik proseslərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb
Şahzadə Feysəl bin Fərhan Avstriyanın xarici işlər naziri ilə görüşüb
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah çərşənbə akşmı günü Ər-Riyadda avstriyalı həmkarı Beate Maynl-Rayzingeri qəbul edib. Görüşdə tərəflər ölkələri arasındakı münasibətləri nəzərdən keçirib, regiondakı son hadisələri, habelə bu hadisələrin təhlükəsizlik və sabitlik üçün yaratdığı ciddi fəsadları müzakirə ediblər.
Şahzadə Feysəl bin Fərhan və Sergey Lavrov regional gərginliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Səudiyyə Press Agentliyinin (SPA) çərşənbə axşamı yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə sürətlə dəyişən vəziyyəti və son regional hadisələri ətraflı nəzərdən keçiriblər. Bu diplomatik təmas regionun müxtəlif hissələrində gərginliyin pik həddə çatdığı və beynəlxalq oyunçuların münaqişənin dayandırılması üçün səylərini artırdığı bir dövrə təsadüf edir.
Şahbaz Şərifdən Türkiyə və Misirə təşəkkür mesajı
Şahbaz Şərif sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Pakistanın paytaxtı İslamabadda keçirilən görüşdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanı qəbul etməkdən məmnun olub.
Səudiyyə Ərəbistanı və Britaniya İranın hücumlarını və regional təhlükəsizliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah cümə axşamı günü paytaxt Ər-Riyadda Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi İvet Kuperi qəbul edib. Nazirliyin mənzil-qərargahında baş tutan görüşdə iki ölkə arasındakı strateji münasibətlər və ikitərəfli əməkdaşlıq sahələri ətraflı nəzərdən keçirilib. Tərəflər Yaxın Şərqdəki son hadisələri, habelə bu problemlərin həlli istiqamətində göstərilən birgə səyləri müzakirə ediblər.
Səudiyyə və Suriya xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
Bazar ertəsi Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Suriyanın Xarici İşlər naziri Əsad əl-Şeybani arasında telefon danışığı baş tutub. Suriya tərəfinin təşəbbüsü ilə reallaşan bu dialoq zamanı Yaxın Şərqdə cərəyan edən son proseslər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Nazirlər iki ölkə arasındakı mövcud münasibətləri nəzərdən keçirərək, əməkdaşlığın gücləndirilməsi yollarını ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə Suriyadakı son vəziyyət və böhranın siyasi yolla həlli istiqamətində göstərilən beynəlxalq və regional səylər diqqət mərkəzində olub. Şahzadə Feysəl Səudiyyə Ərəbistanının Suriyanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyən mövqeyini bir daha vurğulayıb.
Səudiyyə və Rusiya diplomatları bir sıra məsələləri müzakirə edib
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah və rusiyalı həmkarı Sergey Lavrov cümə axşamı ölkələri arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə bir-birini təbrik ediblər. Xarici işlər nazirinin müavini Vəlid Əlxereyci Ər-Riyadda Rusiyanın Krallıqdakı səfiri Sergey Kozlovla görüş zamanı xarici işlər nazirinin adından Lavrovun məktubunu alıb.
Səudiyyə Ərəbistanı və İran xarici işlər nazirləri nüvə danışıqları öncəsi regional sabitliyi müzakirə ediblər
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Xarici işlər nazirləri regional hadisələri müzakirə edib, ixtilafların dialoq və diplomatik yollarla həll edilməsinin zəruriliyini vurğulayıblar. Onlar həmçinin regionda təhlükəsizlik və sabitliyin qorunması istiqamətində göstərilən səyləri nəzərdən keçiriblər.