C-130 hərbi yük təyyarəsinin qalıqları Kayseridə təhlil olunacaq - Türkiyə MN
11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı araşdırmalar davam edir. Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) açıqlayıb ki, hadisə yerində aparılan qəzaya/bərpa işləri yekunlaşıb və komanda artıq Türkiyəyə qayıdıb. Bildirilib ki, hadisə yerindəki təyyarə qalıqları Kayseridəki 2-ci Əsas Baxım Fabrika İdarəsinə göndərilməkdədir və təhlil prosesinə başlanacaq.
Qəzaya dair ilkin məlumatlar barədə yayılan xəbərlər həqiqəti əks etdirmir - Türkiyə MN
Türkiyənin Müdafiə Nazirliyi, bir qəzetdə “Herkül ilə bağlı ilkin tespitlər” başlığı ilə yayımlanan xəbərdə yer alan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb. Nazirlik bildirir ki, xəbərdə qeyd olunan məqamlar davam edən araşdırmalar nəticəsində əldə olunmuş məlumatlar deyil, mənbəyi məlum olmayan şərhlərə əsaslanır. Bəyanatda, qəzaya uğramış təyyarənin qalıqlarında araşdırmaların davam etdiyi vurğulanıb.
Azərbaycan-Gürcüstan sərhədində təyyarə qəzası ilə bağlı axtarış-xilas işləri davam edir - Duran
Azərbaycan-Gürcüstan sərhədində baş vermiş təyyarə qəzası ilə bağlı axtarış-xilas və qəza araşdırma işlərinin davam etdiyini Burhanettin Duran bildirib. O qeyd edib ki, şəhid olan hərbçilərin cəsədləri, axtarış-xilas və qəza araşdırma heyətini Gürcüstana aparan A-400M təyyarəsi ilə ölkəyə gətiriləcək. Duran bildirib ki, ilk andan etibarən bütün imkanlarını səfərbər edərək sürətli reaksiyalar göstərən və dəstək verən Gürcüstan hakimiyyətinə təşəkkür edirlər.
ABŞ-da iki təyyarə havada toqquşub
ABŞ-ın Kolorado ştatında iki kiçik təyyarənin havada toqquşması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər yaralanıb. NBC News-un, Morqan dairəsi Şerif İdarəsinə istinadən verdiyi məlumata görə, eyni anda Fort Morqan Hava Limanına enməyə çalışan iki kiçik təyyarə havada bir-biri ilə toqquşub. Rəsmi şəxslər hər iki təyyarədə iki nəfərin olduğunu, qəza nəticəsində bir nəfərin həlak olduğunu, üç nəfərin isə yaralandığını bildiriblər. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisə ilə bağlı təhlükəsizlik araşdırmasına başlayıb.
Türk Hava Yolları dəqiqlik üzrə rekord qırır
Türk Hava Yolları uçuşlarda təyyarələrin vaxtında yola düşmə göstəricisini artırıb.