Tramp Tom Barraka yeni vəzifə verdi
ABŞ Prezidenti Donald Trump Tom Barrack-ı İraq və Suriya üzrə Prezidentin Xüsusi Nümayəndəsi təyin etdi. Barrack bundan sonra ABŞ-ın Yaxın Şərq siyasətində strateji qərarvermədə önəmli rol oynayacaq. Dövlət Katibi Marko Rubio onun bilik və əlaqələrinin regionda ABŞ maraqlarını müdafiə etməyə xidmət edəcəyini vurğulayıb. Bu təyinat ABŞ-ın diplomatik idarəetməsini və regiondakı mövqelərini gücləndirmək məqsədi daşıyır.
İran - ABŞ rəqabəti fonunda Əli əz-Zeydi İraqda hansı risklərlə üzləşəcək?
İraqda 2003-cü ildən sonra formalaşan siyasi sistemin doqquzuncu hökumətinə rəhbərlik etməyə hazırlaşan Əli əz-Zeydi həm daxili, həm də regional səviyyədə son dərəcə mürəkkəb siyasi balanslarla üz-üzə qalıb.
İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçməyə hazırlaşır
İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçmək üçün iclas keçiriləcəyini bildirdi. Parlamentdən edilən yazılı açıqlamaya görə, prezident seçkisi üçün aprelin 11-də yenidən iclas təşkil olunacaq. İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir.
İraqlı partiyalar “Həşd əl-Şaabi”nin gələcək taleyini müzakirə edir
İraqda seçkilərdə qalib gəlmiş şiə partiyaları hazırda “Həşd əl-Şaabi” və İrana yaxın silahlı qrupların gələcəyi ilə bağlı həssas müzakirələr aparır. Prosesi həm daxili siyasi ziddiyyətlər, həm də xarici təzyiqlər çətinləşdirir.
Ceyhan üzərindən neft ixracı bu gün və ya sabah başlayacaq - İraq
İraqın neft naziri Hayyan Əbdülqəni Ceyhan limanı vasitəsilə neft ixracının bu gün və ya sabah başlayacağını açıqlayıb. İraqın rəsmi agentliyi olan İNA-nın verdiyi xəbərə görə, Kərkükə səfər edən neft naziri Əbdülqani Türkiyə üzərindən neft ixracının bərpası ilə bağlı açıqlamalar verib. "Ceyhan Limanı vasitəsilə neft ixracı bu gün və ya sabah başlayacaq. KRG ilə razılaşmadan sonra birinci mərhələdə gündəlik 80 min barel neft ixrac edəcəyik" - deyə Əbdülqəni qeyd edib.
İranın ABŞ-la razılaşma istəyi ciddidir, bölgə isə sabitlikdən uzaqdır – Sudani
İraq Baş naziri Məhəmməd Şiə əs-Sudani bildirib ki, 7 oktyabr hadisələrindən sonra Qəzza, Livan və Suriyada baş verənlər, eləcə də İrana qarşı hücumlar bölgədə yeni güc balansları barədə ehtimalları gündəmə gətirib.
İran İraqdakı nüfuzunu itirməkdən və ABŞ-ın dəstəklədiyi bir üsyandan ehtiyat edir
Vaşinqton İraqı Tehranla olan siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrindən – xüsusilə enerji sahəsində – uzaqlaşdırmağa çalışır.
İranın geri çəkilməsi, İraqdakı tarazlığa necə təsir edir?
İraqda son həftələrdə müşahidə olunan sakitlik, hökumətlə İrana bağlı silahlı qruplar arasında qeyri-rəsmi razılaşmaya əsaslanır.
ABŞ-dan Haşdi Şaabinin maliyyə mənbələrini qurudacaq təzyiqlər - İranın zəiflədilmə strategiyası davam edir
İranın zəiflədilmə strategiyası davam edir
İraq hökuməti və İranpərəst milislər arasında ortaq mövqe: Ölkənin maraqları İranla məsafə saxlamağı tələb edir
İraqın baş naziri Məhəmməd Şiə əs-Sdani hökuməti İsrail və İran arasında baş verən qarşıdurmadan uzaq durmağa çalışır. Bu məqsədlə ABŞ-la və eyni zamanda İranla əlaqə saxlayıb.
İraqda şiə siyasi kimliyi məhv ola bilər: Seçkilərdə zəifləyən nüfuz və dəyişən elektorat
Bu narahatlıqlar, həm daxili, həm də regional dəyişikliklərin təsiri ilə daha da güclənmişdir.