7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçməyə hazırlaşır

İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçmək üçün iclas keçiriləcəyini bildirdi. Parlamentdən edilən yazılı açıqlamaya görə, prezident seçkisi üçün aprelin 11-də yenidən iclas təşkil olunacaq. İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir.

9 Aprel 2026 22:47
İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçməyə hazırlaşır

BAKI,VOA, Nailə Babazadə

İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçmək üçün iclas keçiriləcəyini bildirdi.

VOA xəbər verir ki, parlamentdən edilən yazılı açıqlamaya görə, prezident seçkisi üçün aprelin 11-də yenidən iclas təşkil olunacaq.

İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir.

Sözügedən vəzifə üçün Kürdüstan Demokrat Partiyası (KDP) hazırkı Xarici İşlər naziri Fuad Hüseyni namizəd göstərdiyi halda, Kürdüstan Yurtsevərlər Birliyi (KYB) isə köhnə İraq hökumətində Ekologiya naziri vəzifəsində çalışmış Nizar Amidini namizəd göstərdi.

Namizədlər millət vəkillərinin üçdə iki səs çoxluğunu almalıdır. Əgər birinci turda bu təmin olunmazsa, ən çox səs alan iki namizəd arasında ikinci tur seçimi keçiriləcək. İkinci turda sadə səs çoxluğunu (yarıdan bir səs çox) alan namizəd qalib gələcək.

İraq konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 4 ildir və eyni şəxs yalnız bir dəfə yenidən prezident seçilə bilər.

Seçiləcək prezident parlamentdəki ən böyük qrupun baş nazir namizədinə hökuməti qurmaq vəzifəsini verəcək.

İraqda parlament seçkiləri 11 noyabr 2025-ci il tarixində keçirilmişdi. Ölkədə yaşanan siyasi fikir ayrılıqları səbəbindən yeni hökumət hələ qurula bilməyib. Mövcud hökumət isə "gündəlik işləri icra edən hökumət" kimi fəaliyyətini davam etdirir.

Məqalədə: #İraq #prezident seçkiləri #İraq Kürt Regional Rəhbərliyi #İraq siyasəti #İraqın siyasi sabitliyi #İraqın beynəlxalq münasibətləri

Mövzu üzrə digər xəbərlər

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

13:46
İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək
İraq

İraqda media ekoloji problemlərlə bağlı maarifləndirməni gücləndirəcək

13:38
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraq

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb

5 Sentyabr 14:10

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Məhəmməd Əl-Murr Əbu-Dabi Kitab Sərgisinin ilk fəxri qonağı seçilib
Məhəmməd Əl-Murr Əbu-Dabi Kitab Sərgisinin ilk fəxri qonağı seçilib
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.