Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır (TAM BƏYANAT)
Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir.
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir
Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilir.
Pakistanın vasitəçiliyi ilə yeni diplomatik masaya kimlər qatılır?
Pakistan Dövlət Televiziyasının məlumatına görə, gələn bazar ertəsi Pakistan İran və Birləşmiş Ştatlar arasındakı gərginliyi azaltmaq məqsədilə dördtərəfli nazirlər görüşünə ev sahibliyi edəcək.
Səudiyyə və Rusiya diplomatları bir sıra məsələləri müzakirə edib
Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah və rusiyalı həmkarı Sergey Lavrov cümə axşamı ölkələri arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə bir-birini təbrik ediblər. Xarici işlər nazirinin müavini Vəlid Əlxereyci Ər-Riyadda Rusiyanın Krallıqdakı səfiri Sergey Kozlovla görüş zamanı xarici işlər nazirinin adından Lavrovun məktubunu alıb.
Səudiyyə müdafiə naziri ABŞ prezidentinin baş müşaviri ilə regional inkişafları müzakirə edib
Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman bin Əbdüləziz Ər-Riyadda ABŞ prezidentinin ərəb və Afrika məsələləri üzrə baş müşaviri Massad Boulos ilə görüş keçirib. Görüş zamanı tərəflər Səudiyyə–ABŞ ikitərəfli münasibətlərini nəzərdən keçirib, regionda baş verən son prosesləri, sülhün təşviqi istiqamətində görülən davamlı səyləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Tramp Alyaskadakı görüşün uğurla nəticələnmə ehtimalını 75 faiz olaraq qiymətləndirib
ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirəcəyi görüşün uğurla nəticələnmə ehtimalını 75 faiz olaraq qiymətləndirib. Tramp bu fikri “Fox News Radio”ya verdiyi müsahibədə səsləndirib.
Ərdoğan və Bahçeli terrorla mübarizəni müzakirə edib
Ərdoğan və Bahçeli “Terrordan Azad Türkiyə” mövzusunda müzakirə aparıb.
Hakan Fidan Somali naziri ilə regional məsələri müzakirə edib
Türkiyə və Somali arasında diplomatik təmaslar davam edir.