Türk Mədəniyyəti və İrsi Fondunun Mərkəzi Qərargahında “Türk irsi dünya səhnəsində: Paris Ümumdünya Sərgisinin 100 illiyinə doğru” mövzulu dəyirmi masa keçirilib
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkilatın Bakıdakı mərkəzi qərargahında “Türk İrsi Dünya Səhnəsində” mövzusunda Dəyirmi Masa keçirib. Tədbir 1925-ci ildə Parisdə keçirilmiş Ümumdünya Müasir Dekorativ və Sənaye Sənətləri Beynəlxalq Sərgisində türk xalqlarının görkəmli mədəniyyət xadimlərinin təntənəli çıxışlarının 100 illiyinə həsr olunub.
Türk mədəniyyəti və irsi fondunun dəstəyi ilə Bakıda “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” mövzusunda beynəlxalq simpozium keçiriləcək
25-26 sentyabr 2025-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu tərəfindən «Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: türk dünyasının mədəni kodları» mövzusunda Beynəlxalq Elmi Simpozium təşkil olunacaqdır. Tədbir Azərbaycanda bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunur və XVII Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçiriləcəkdir.