10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Baykar şirkəti "dünyanın ən yaxşı 100 müdafiə sənayesi" şirkəti siyahısına daxil olub

4 Dekabr 2023 11:48
Baykar şirkəti "dünyanın ən yaxşı 100 müdafiə sənayesi" şirkəti siyahısına daxil olub

Bakı. AzerPress:

Türkiyənin Baykar şirkəti, Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatının (SİHA) ixracı ilə "dünyanın ən yaxşı 100 müdafiə sənayesi" şirkəti siyahısına daxil olub.

AzerPress-in məlumatına görə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2022-ci il gəlirlərinə əsaslanan qlobal hərbi xərclər hesabatını açıqlayıb. Dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti siyahısına dörd türk şirkəti daxil olub.

Türkiyə müdafiə sənayesi daxilində pilotsuz uçuş aparatları istehsal edən Baykar, xüsusilə son illərdə ixracat uğurları ilə bu sahədə böyük uğur əldə edib.

Baykar, SIPRI-nin 2022-ci il araşdırması ilə ilk dəfə beynəlxalq siyahıda yer alıb. Şirkət 2022-ci ildə gəlirlərini bir əvvəlki ilə nəzərən 94 faiz artıraraq 1 milyard 420 milyon dollarla siyahıda 76-cı sıranı tutub. Beləliklə, ilk 100 şirkət arasında satış gəlirlərini ən çox artıran şirkət olaraq diqqət çəkib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) keçən il ən çox silah və hərbi avadanlıqlar satan ilk 100 müdafiə sənayesi şirkəti siyahısına dörd türk şirkəti daxil olub.

Siyahıda ASELSAN 60-cı, Baykar 76-cı, Türk Aerokosmik Sənayesi (TUSAŞ) 82-ci, Roketsan isə 100-cü yerdə qərarlaşıb.

Türkiyə şirkətlərinin ümumi gəlirləri keçən il, 2021-ci ilə nisbətən 22 faiz artaraq 5,5 milyard dollara çatıb.

Qeyd edək ki, 1966-cı ildə yarandığı gündən bəri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) münaqişə, silahlanma, silahlara nəzarət və tərksilah kimi sahələrdə araşdırmalar, hesabatlar və təhlillər hazırlayır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Baykar şirkəti "dünyanın ən yaxşı 100 müdafiə sənayesi" şirkəti siyahısına daxil olub
Məqalədə: #ASELSAN #TUSAŞ #ROKETSAN #Baykar

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.