9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO)

9 Oktyabr 2024 21:45
TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Bakı, AzerVoice

Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çoxtərəfli siyasi məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı TDT çərçivəsində siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsinin mövcud perspektivləri və gələcək planlar, habelə Təşkilatın Bişkek Sammitinin təşkilindən irəli gələn məsələlər müzakirə olunub.

Siyasi məsləhətləşmələrin, Naxçıvan sazişi ilə təsis olunan TDT-nin yaradılmasının 15 illiyinə təsadüf etməsi xüsusilə qeyd olunub. Bu münasibətlə, nazir müavini Elnur Məmmədov tarixi Naxçıvan sazişinin 15 illiyinə həsr olunmuş xüsusi xatirə hədiyyəsini Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyevə təqdim edib.

Ötən 15 il ərzində Təşkilat çərçivəsində Türk dünyasında müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafının, əlaqələrin gücləndirilməsinin məmnunluq doğurduğu, bundan sonra da mövcud imkanlardan istifadə etməklə bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycanın ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən Təşkilatın daha da inkişaf etməsinə xüsusi əhəmiyyət verdiyi, bu istiqamətdə bir sıra təşəbbüslərlə çıxış etdiyi, cari ildə Şuşa şəhərində keçirilən qeyri-rəsmi zirvə görüşünün və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin yenidənqurma və sülh səylərinin hazırkı durumu barədə ətraflı məlumat verib.

Çoxtərəfli siyasi məsləhətləşmələr çərçivəsində, həmçinin nümayəndə heyətlərinin rəhbərləri Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla da görüşüblər.

TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO) TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib (FOTO)
Məqalədə: #Türk Dövlətləri Təşkilatı (TDT)

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.