4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə xeyriyyə fondlarının təcrübəsi Qırğızıstanda tətbiq olunacaq

23 May 2025 17:01
Türkiyə xeyriyyə fondlarının təcrübəsi Qırğızıstanda tətbiq olunacaq

BAKI, AzerVoice

Qırğızıstan Respublikasının Əmək, Sosial Müdafiə və Miqrasiya naziri Ravşanbek Sabirov ilə Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında İstambulda keçirilən Beynəlxalq Ailə Forumu çərçivəsində görüş baş tutub.

AzerVoice xəbər verir ki, tərəflər arasında keçirilən danışıqlarda əsas diqqət sosial siyasət, yardım proqramları və xüsusi qayğıya ehtiyacı olan əhali qruplarına dəstək məsələlərinə yönəlib.

Görüşdə xeyriyyəçilik və sosial müdafiə sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

Görüşdə, Türkiyənin Diyanet Fondu, Sevgi və Qardaşlıq Fondu kimi iri xeyriyyə təşkilatlarının fəaliyyətinə, onların az təminatlı, çoxuşaqlı və yaşlı insanlara dəstək sahəsindəki roluna xüsusi diqqət ayrılıb.

Qırğızıstan tərəfi dövlət və qeyri-hökumət təşkilatları arasında uğurlu koordinasiya modellərinin öyrənilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər münaqişə bölgələrindən qayıdan şəxslərin reabilitasiyası, xüsusilə qadınlar və uşaqlar üçün sığınacaqların yaradılması sahəsində Türkiyənin təcrübəsini önə çəkiblər. Bu təşəbbüslər humanitar yardımın bariz nümunəsi kimi qiymətləndirilib.

Görüşün sonunda tərəflər ortaq sosial layihələrin icrasını koordinasiya etmək üçün birgə işçi qrupun yaradılması, eləcə də ideya və təşəbbüslərin razılaşdırılması məqsədilə müntəzəm onlayn görüşlərin keçirilməsi barədə razılığa gəliblər.

Məqalədə: #Türkiyə #Qırğızıstan #Türk dövlətləri #Mahinur Özdemir Göktaş #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #Ailə və Sosial Xidmətlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.