5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmasına Türk Dünyasından İştirakçılar Dəvət Olunur. Türkiyənin ən böyük ictimai təşkilatlarından biri olan Təhsilçilər Birliyi Həmkarlar İttifaqı (Eğitim-Bir-Sen), təhsilin fərd və cəmiyyətə təsirini kino sənəti ilə ifadə etməyi hədəfləyən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmasına start verib.

2 Oktyabr 2025 18:20
Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir

BAKI, AzerVoice

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmasına Türk Dünyasından İştirakçılar Dəvət Olunur.

AzerVoice xəbər verir ki, Türkiyənin ən böyük ictimai təşkilatlarından biri olan Təhsilçilər Birliyi Həmkarlar İttifaqı (Eğitim-Bir-Sen), təhsilin fərd və cəmiyyətə təsirini kino sənəti ilə ifadə etməyi hədəfləyən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmasına start verib.

Bu beynəlxalq müsabiqəyə, başda Azərbaycan olmaqla Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan peşəkar və həvəskar film yaradıcıları dəvət olunurlar. Müsabiqədə iştirak etmək istəyənlər [www.ebskisafilm.org] (http://www.ebskisafilm.org) və ya [www.ebsshortfilm.org](http://www.ebsshortfilm.org) saytları vasitəsilə onlayn müraciət edə bilərlər.

Təhsil, sənət və ortaq dəyərlər bir araya gəlir

Təşkilatçılar bildirirlər ki, təhsil mövzulu qısa filmlər vasitəsilə ortaq mədəni və mənəvi dəyərlərin ifadəsi, təhsilin cəmiyyətə təsirinin göstərilməsi və bu sahədə sənət dililə yeni baxışların təqdim olunması əsas məqsədlərdəndir. Yarışmaya təqdim olunan filmlərin Türk dünyası xalqları arasında qardaşlıq bağlarını möhkəmləndirəcəyi və gələcək nəsillərə ilham verəcəyi vurğulanır.

Yarışmanın şərtləri və qiymətləndirmə qaydaları

Yarışmada yalnız təhsil mövzusunda çəkilmiş bədii (kurmaca) qısa filmlər qəbul olunur. Filmlərin müddəti maksimum 15 dəqiqə olmalıdır. İştirakçılar 18 yaşını tamamlamış həvəskar və ya peşəkar şəxslər ola bilər.

Qiymətləndirmə iki mərhələdən ibarətdir. Əvvəlcə ilkin seçim mərhələsində texniki və sənət baxımından uyğun əsərlər arasından ən çox 20 film seçiləcək. Daha sonra əsas münsiflər heyəti tərəfindən qaliblər və xüsusi mükafat sahibləri müəyyən olunacaq.

Münsiflər heyətində tanınmış rejissorlar, kino tənqidçiləri və jurnalistlər yer alır. Bu il münsiflər arasında rejissor və ssenarist İsmail Güneş, jurnalist-tənqidçi Bedir Acar, kino yazarı Enver Gülşen, rejissor Mutlu Kurnalı, rejissor və ssenarist Yeşim Tonbaz, həmçinin Anadolu Agentliyindən Barışkan Ünal yer alır.

Qaliblərə pul mükafatları təqdim olunacaq

Yarışmada birinci yerin qalibinə səksən min Türkiyə lirəsi, ikinci yerin qalibinə altmış min lirə, üçüncü yerin qalibinə isə qırx min lirə pul mükafatı təqdim olunacaq. Bundan əlavə, “Mehmet Akif İnan Xüsusi Mükafatı” çərçivəsində otuz min lirə, “Erol Battal Sendikal Kadraj Mükafatı” çərçivəsində isə iyirmi min lirə məbləğində mükafat veriləcək.

Qeyd edək ki, bu il Erol Battal mükafatı ilk dəfə olaraq *Eğitim-Bir-Sen üzvlərinin səsverməsi ilə* müəyyən olunacaq.

Müraciət və nəticə tarixləri

Müsabiqəyə son müraciət tarixi 12 yanvar 2026, nəticələrin açıqlanması isə 30 yanvar 2026- cı il tarixində baş tutacaq.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı ünvanlara daxil ola bilərsiniz:
🌐 [www.ebskisafilm.org](https://www.ebskisafilm.org)
🌐 [www.ebsshortfilm.org](https://www.ebsshortfilm.org)

Məqalədə: #Türk dünyası #Türk dünyası elmi əməkdaşlığı #Türk dünyasında birgə əməkdaşlıq #Türk dövlətləri birliyi #Beynəlxalq qısa film yarışması #Qısa film müsabiqəsi #Azərbaycanlı rejissorlar #Qazaxıstan film yarışması #Türkiyədə beynəlxalq yarışma #Gənclər üçün yaradıcılıq platforması #Türk dünyasında ortaq dəyərlər

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb
Mədəniyyət

Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

23 İyun 18:16
Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib
Cəmiyyət

Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

20 İyun 20:23
Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

16 İyun 19:43

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.