14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib. Tədbirdə birlik üzvləri, ictimai fəallar və müxtəlif sahələrin nümayəndələri iştirak ediblər. Görüşdə təşkilatın gələcək fəaliyyət istiqamətləri və yeni layihələr müzakirə olunub. Çölçü İctimai Birliyinin başqanı Eltən Törəçi təşkilatın məqsədləri barədə məlumat verib. O, birliyin milli və mənəvi dəyərlər ətrafında insanları bir araya gətirdiyini bildirib. Qarşıdakı dövrdə müxtəlif düşərgələr, yürüşlər və inkişaf proqramlarının təşkili planlaşdırılır. Həmçinin milli-mənəvi dəyərlərin və etno-mədəni irsin qorunmasına yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur. İştirakçılar birgə fəaliyyətin davam etdirilməsi ilə bağlı mövqelərini ifadə ediblər.

20 İyun 2026 20:23
Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib

BAKI,VOA

2015-ci ildə dəyər yaradıcısı və televiziyaçı Eltən Qədimbəyli tərəfindən Çölçü Sosial Klubu kimi əsası qoyulan təşkilat hazırda Çölçü İctimai Birliyi adı ilə fəaliyyət göstərir. Birlik Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq milli birliyin, milli-mənəvi dəyərlərin və etno-mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət həyata keçirir.

VOA xəbər verir ki, təşkilat eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi “Türk dünyası bizim böyük ailəmizdir” prinsipini əsas götürərək türk xalqları arasında birlik, həmrəylik və mədəni əlaqələrin inkişafına töhfə verməyi əsas məqsədlərindən biri hesab edir.

Görüşdə birlik üzvləri, ictimai fəallar, ziyalılar və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər iştirak ediblər. Tədbir zamanı təşkilatın gələcək fəaliyyət istiqamətləri, nəzərdə tutulan layihələr, təşkilatlanma məsələləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Çölçü İctimai Birliyinin başqanı Eltən Törəçi çıxışında bildirib ki, təşkilatın əsas məqsədi ortaq milli və mənəvi dəyərlər ətrafında birləşən insanları bir araya gətirmək və onların potensialını cəmiyyətin inkişafına yönəltməkdir.

O qeyd edib ki, Çölçü Birliyi yalnız təşkilat deyil, həm də dəyər yaradan insanların qarşılıqlı dəstək və əməkdaşlıq platformasıdır. Başqanın sözlərinə görə, birliyin əsas prinsiplərindən biri üzvlərin bir-birini daha yaxından tanıması, təcrübələrini bölüşməsi və müxtəlif sahələrdə qarşılıqlı dəstək göstərməsidir.

Görüş zamanı qarşıdakı dövrdə müxtəlif toplantılar, yürüşlər, düşərgələr, ailəvi təbiət gəzintiləri, ənənəvi oxçuluq, kibertəhlükəsizlik, özünümüdafiə, təbiətdə sağqalma və fərdi inkişaf proqramlarının təşkili ilə bağlı planlar da açıqlanıb.

Tədbirin sonunda iştirakçılar təşkilatın fəaliyyətinin genişləndirilməsi, yeni layihələrin hazırlanması və cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.

Çölçü İctimai Birliyi
Mətbuat xidməti

Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib
Məqalədə: #Azərbaycan #Türk dünyası #əməkdaşlıq #milli-mənəvi dəyərlər #Çölçü İctimai Birliyi #Eltən Törəçi #Eltən Qədimbəyli #ictimai fəaliyyət #etno-mədəni irs #ictimai birlik #sosial layihələr #fərdi inkişaf

Mövzu üzrə digər xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.