9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib

15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub.

18 Oktyabr 2025 18:07
Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib

BAKI,AzerVoice

15 oktyabr, 2025-ci il tarixində Aşqabad şəhərində (Türkmənistan) Maxdumqulu Türkmən Dövlət Universitetində Türk Mədəniyyəti və İrsi Fondu, Türkmənistanın YUNESKO üzrə Milli Komissiyası, Türkmənistan Elmlər Akademiyası tərəfindən birgə təşkil olunan “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfrans 2025-ci ilin “Beynəlxalq Sülh və Etimad İli” elan olunması və Türkmənistanın daimi neytrallığının 30 illiyinin qeyd olunması çərçivəsində baş tutub.

Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Leyla Həsənova bütün iclas iştirakçılarını salamlayaraq Fondun prezidenti xanım Aktotı Raimkulovanın rəsmi təbrik məktubunu oxuyub: “Azərbaycan Respublikasının Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı Türkmənistanın Fondun müşahidəçi dövlət statusunda rəsmi olaraq qəbul edilməsi olduqca sevindirici haldır. Türkmənistanın Türk Mədəniyyəti və İrsi Fondu ailəsinin üzvü olmasından böyük şərəf duyuruq”.

Məktubun davamında qeyd olunub: “Mahmud Kaşğarinin dünya filologiyasına və türk mədəni irsinə töhfəsi olduqca dəyərlidir. ‘Divani Lüğət ət-Türk’ sadəcə bir lüğət deyil, ümumtürk dilinin, düşüncəsinin və həyat fəlsəfəsinin ensiklopediyasıdır. Bu, danılmaz bir faktdır,” – deyə xanım Aktotı Raimkulovanın fikirləri məktubda əks olunub.

Leyla Həsənova eyni zamanda Fondun fundamental əsərin 950 illik yubileyinə həsr olunmuş fəaliyyəti istiqamətlərindən söz açıb.

Plenar iclasda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli (onlayn), Türkmənistanın YUNESKO üzrə Milli Komissiyasının məsul katibi, Türkmənistanın Qəhrəmanı, fəlsəfə elmləri namizədi Çınar Rüstemova çıxış edərək Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin türk dünyasının mənəvi və elmi irsində tutduğu əvəzsiz roldan danışıblar.

Konfrans 2 sessiyadan – “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərində Sülh və Etimadın rolu” və “Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” əsərinin filologiyaya qazandırdığı töhfələr” ibarət olub.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən qatılmış yüksək səviyyəli alimlərin iştirakı ilə Mahmud Kaşğarinin əsərinin filoloji və mədəni əhəmiyyəti, onun humanitar elmlərin inkişafında rolu xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə verdiyi töhfə müzakirə olunub.

Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib Aşqabadda Mahmud Kaşğarinin “Divani Lüğət ət-Türk” Əsərində Sülh və Etimadın Rolu Mövzusunda Beynəlxalq Elmi Konfrans Keçirilib
Məqalədə: #Aşqabad #Türkmənistan #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.