9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə müxalifəti ABŞ səfirinin "arzuolunmaz şəxs" elan edilməsini tələb edir

Türkiyə müxalifəti ABŞ-ın xüsusi elçisi Tom Baraka qarşı kəskin hücuma keçib. Buna səbəb Brakın Yaxın Şərqdə yalnız "güclü liderliyi olan rejimlərin" uğur qazandığını deməsi və Türkiyə ilə İsrail arasındakı alyansın bölgənin rifahı üçün yeganə yol olduğunu iddia etməsidir.

21 Aprel 2026 08:03
Türkiyə müxalifəti ABŞ səfirinin "arzuolunmaz şəxs" elan edilməsini tələb edir

BAKI,VOA

Türkiyə müxalifəti ABŞ-ın xüsusi elçisi Tom Baraka qarşı kəskin hücuma keçib. Buna səbəb Brakın Yaxın Şərqdə yalnız "güclü liderliyi olan rejimlərin" uğur qazandığını deməsi və Türkiyə ilə İsrail arasındakı alyansın bölgənin rifahı üçün yeganə yol olduğunu iddia etməsidir.

VOA xəbər verir ki, Tom Barak ötən şənbə günü Antalya Diplomatiya Forumunda çıxış edərək bildirib ki, "Yaxın Şərqdə yalnız güclü hakimiyyət hörmət qazanır". O, Suriyadakı rejimi "güclü, qətiyyətli və cəsur liderə" malik olduğu üçün uğurlu nümunə kimi göstərib.

"İnsanlar keçmişdə onunla razılaşmaya bilərdilər, amma indi onun düzgün istiqamətə rəhbərlik etdiyini görürlər."-deyə Barak bildirib.a

Barak həmçinin "Ərəb baharı"nın uğursuz olduğunu, demokratiya və insan haqları gözləntilərinin məyusluqla nəticələndiyini, bölgədə yalnız "müdrik monarxiyalar və ya konstitusiyalı monarxiyaların" uğur qazandığını vurğulayıb.

Müxalifətin qəzəbi: "Barak Türkiyəni təcili tərk etməlidir"

Ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, Barakın çıxışlarını "həddi aşan və antidemokratik" adlandıraraq, onun dərhal "arzuolunmaz şəxs" (persona non grata) elan edilməsini və ölkədən qovulmasını tələb edib.

"Səfirin bu sözləri Mustafa Kamal Atatürkün demokratiya üzərində qurduğu ölkəyə yaraşmır. Bir nəfərin bura gəlib bu şəkildə danışması həyasızlıqdır. Sözlərini geri götürməsə, bir dəqiqə belə bu ölkədə qalmamalıdır."-deyə o bildirib.

Səadət Partiyasının sədri Mahmud Arıkan da hökuməti hərəkətə keçməyə çağırıb. O, Türkiyə xarici siyasətinin xarici müdaxilə meydanı olmadığını vurğulayaraq bildirib ki, : "Bölgənin yalnız gücə hörmət etməsi fikri tarixi mədəniyyətdir. İmperialist güclər bu torpaqlarda həmişə məğlub olublar."

İsrail ilə "Gizli Alyans" mübahisəsi

Barakın Türkiyə və İsrail alyansını bölgənin rifahı üçün "ideal həll" adlandırması və tərəflər arasındakı gərginliyi "siyasi ritorika" kimi qiymətləndirməsi qəzəbi daha da artırıb. O, Ərdoğanı "böyük lider", Netanyahu isə "ölkəsi üçün lazım olanı edən şəxs" kimi təsvir edərək, gələcəkdə bu düşmənçilik ritorikasının yox olacağını proqnozlaşdırıb.

Brak həmçinin hər iki tərəfin mediasını tənqid edərək deyib ki, : "Təl-Əvivdə qəzeti açanda Vyana qapılarından Maldiv adalarına qədər uzanan 'Osmanlı İmperiyası' xəritəsini görürsünüz, Ankarada isə eyni ölçüdə 'Böyük İsrail' xəritəsi çəkilir. Bu maksimalist xəritələr və ritorikalar tarixi toqquşma xülyasını bəsləyir."

"Yenidən Rifah" Partiyasının sədri Fatih Ərbakan Barakın bu sözlərini qlobal güclərin bölgə üzərindəki planlarının "açıq etirafı" adlandırıb. O, Türkiyə ilə İsrail arasında hər hansı "gizli ittifaq" olması ehtimalını qəti şəkildə rədd edib və hökumətin bu "suverenliyə qəsd" edən çıxışlar qarşısında səssiz qalmasını tənqid edib. Ərbakan Xarici İşlər Nazirliyini dərhal səfiri çağırıb ona rəsmi nota verməyə çağırıb.

Xatırladaq ki, Tom Barak ötən il də Türkiyə və İsrail arasındakı gərginliyi "siyasi şou" adlandırdığı üçün Ankaranın narazılığına səbəb olmuşdu.

Məqalədə: #CHP #Özgür Özəl #Mustafa Kamal Atatürk #Özgür Özel #ABŞ-ın Ankara səfiri namizədi Tom Barak #Cümhuriyyət Xalq Partiyası (CHP) #Səadət Partiyası #Mahmut Arıkan #Tom Barak açıqlaması #Tom Barakın Suriyanın beynəlxalq koalisiyaya daxil olması ilə bağlı açıqlamasının detalları #CHP-nin etirazı və parlamentdə arbedə: Yeni nazirlər and içdi #Tom Barak #arzuolunmaz şəxs #Ərəb baharı #persona non grata #Fatih Ərbakan

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.