Bakı, AzerVoice
İstanbul boğazında yerləşən, şəhərin simvolik tikililərindən biri olan Qız Qülləsi bu gündən etibarən yenidən ziyarətçiləri qəbul edəcək.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi bildirib.
Məlumatda qeyd edilib ki, Üsküdar Salacak sahilinin abadlaşdırılması işləri səbəbi ilə istifadəçilərin Qız qülləsinə hərəkəti Karaköy körpüsündən həyata keçiriləcək.
Qülləyə gəmi səfərləri hər gün Türkiyə vaxtı ilə 09.30-17.00 arasında, hər yarım saatdan bir ediləcək.
Məlumat üçün bildirək ki, təmirə qapanmadan öncə Qız Qülləsi 1 ay ərzində 70 mindən çox ziyarətçi qəbul edirdi.
Xatırladaq ki, 2 il öncə bərpa işləri ilə əlaqədar olaraq Qız Qülləsinin ziyarətçi qəbulu dayandırılıb.