Bakı, AzerVoice
Türkiyənin Marmara dənizində təsirini göstərən sıx duman səbəbindən
Çanaqqala Boğazında gəmi keçidləri müvəqqəti olaraq hər iki
istiqamətdə dayandırılıb.
AzerVoice xəbər verir ki, Türkiyə
Nəqliyyat və İnfrastruktur Nazirliyi, təhlükəsizlik məqsədilə
boğazdan tranzit keçidlərin hər iki istiqamətdə bağlandığını
bildirib.
Çanaqqalada dumanın təsiri ilə görüş məsafəsinin ciddi şəkildə
azalması dəniz nəqliyyatında gecikmələrə səbəb olub.
Boğaza şimal və cənubdan daxil olacaq gəmilərin kapitanlarına
Gəmi Trafik Xidmətləri Müdirliyi tərəfindən radio vasitəsilə
xəbərdarlıq edilib.
Dumanın təsirini itirməsinin ardından boğazdakı gəmi trafikinə
yenidən icazə veriləcəyi gözlənilir.