14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə dünən olduğu kimi bu gün də hər zaman Azərbaycanın yanındadır – Hakan Fidan

26 Fevral 2025 13:26
Türkiyə dünən olduğu kimi bu gün də hər zaman  Azərbaycanın yanındadır – Hakan Fidan

BAKI, AzerVoice

Türkiyə dünən olduğu kimi bu gün də hər zaman Azərbaycanın yanındadır .

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan sosial media hesabında paylaşıb.

“Xocalı Soyqırımının 33-cü ildönümündə həyatını itirən, illər keçməsinə baxmayaraq ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.” - deyə Fidan qeyd edib.

Qeyd edək ki, 1992-ci ilin 25-dən 26-na keçən gecə, Azərbaycan tarixində silinməz bir faciə yaşandı. Qarabağın Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldı. Bu hücum nəticəsində dinc əhali – qadınlar, uşaqlar, yaşlılar amansızcasına qətlə yetirildi. Xocalı Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayət kimi tarixə düşdü.

Xocalının strateji mövqeyi erməni silahlı qüvvələrinin şəhərə olan hücumunu daha da amansız etdi. Soyqırımı zamanı 613 nəfər qətlə yetirildi, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qocadır. Minlərlə insan yaralandı, yüzlərlə ailə evsiz qaldı, 1275 nəfər girov götürüldü və çoxları itkin düşdü.

Bu qanlı gecənin izləri illər keçməsinə baxmayaraq Azərbaycan xalqının yaddaşında hələ də təzədir. Xocalı faciəsi təkcə Azərbaycan üçün deyil, insanlıq üçün böyük bir dərsdir. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı, günahkarlar ədalət qarşısında cavab verməlidir.

Hər il 26 fevralda Azərbaycan xalqı Xocalı şəhidlərini dərin ehtiramla yad edir. Bu, həm bir matəm günü, həm də ədalət axtarışının təcəssümüdür. Xocalının harayı dünyaya səslənir: "Unutma, unutdurma!"

Məqalədə: #Türkiyə #Azərbaycan #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Xocalı soyqırımı

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
11:20
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
11:17
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
11:08
Feysəl bin Fərhan hindistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
Feysəl bin Fərhan hindistanlı həmkarı ilə regional məsələləri müzakirə edib
10:59
Səudiyyə Ərəbistanı xarici siyasət və regional təhlükəsizlik üzrə danışıqlar aparıb
Səudiyyə Ərəbistanı xarici siyasət və regional təhlükəsizlik üzrə danışıqlar aparıb
10:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.