12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə olaraq Qəzzaya yardım üçün səfərbər olduq - Yerlikaya

26 Fevral 2025 15:10
Türkiyə olaraq Qəzzaya yardım üçün səfərbər olduq - Yerlikaya

Bakı, AzerVoice

Bütün səylərimiz Fələstin xalqına dəstək olmaqdır, Qəzza xalqına yardım çatdırmaq üçün səfərbər olduq

AzerVoice xəbər verir ki , Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya “Qəzzəyə Əl-Ələ Yardım” kampaniyasının açılışında çıxış edib.

Fəlakət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) koordinasiyasında həyata keçirilən kampaniya çərçivəsində Ramazan ayı boyunca Qəzzaya humanitar yardım göndəriləcək. AFAD-ın təşkil etdiyi təqdimat proqramı “Qəzzəyə Əl-Ələ” videoçarxının nümayişi ilə başlayıb.

Nazir Yerlikaya çıxışında Türkiyənin ehtiyacı olan hər kəsin yanında olduğunu vurğulayaraq, “Müqəddəs Ramazan ayına sayılı günlər qalıb. QHT-lərimizlə birlikdə yeni bir yardım kampaniyasına başlayırıq və deyirik: Qəzza üçün əl-ələ” ifadəsini işlədib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərini xatırladaraq, “İsrailin bütün zülmlərinə baxmayaraq, Qəzza xalqı torpaqlarını tərk etməyəcək, Qəzzada yaşamağa və Qəzzanı qorumağa davam edəcək” mesajını verib.

Nazir Yerlikaya İsrailin hücumları nəticəsində 61 mindən çox dinc sakinin həyatını itirdiyini, 112 min insanın yaralandığını və təxminən 2 milyon nəfərin məcburi köçkün olduğunu xatırladıb.

Türkiyənin Qəzzaya humanitar yardım çatdırmaq üçün hava və dəniz körpüsü qurduğunu bildirən Yerlikaya, indiyədək 96 min ton humanitar yardımın çatdırıldığını açıqlayıb. O, yardım səylərinin davam edəcəyini vurğulayaraq, “Zülm qarşısında baş əyməyən, şərəflə müqavimət göstərən fələstinli qardaşlarımıza dəstək olmağa davam edəcəyik” deyib.

Kampaniyanın təqdimat tədbirinə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, AFAD nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri qatılıb.

Məqalədə: #Türkiyə #Qəzza zolağı #AFAD #Ali Yerlikaya #humanitar yardım #Qəzzəyə Əl-Ələ Yardım kampaniyası #Türkiyə Fələstin dəstəyi #AFAD Qəzzaya humanitar yardım

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.