Bakı. AzerVoice:
İsrailin soyqırım siyasəti həm fələstinliləri, həm də israilliləri təhdid edir.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.
Nazirlik İsrailin xarici işlər naziri Yisrael Katzın sosial şəbəkədəki paylaşımı ilə bağlı yazılı açıqlama verib.
“Türkiyə İsrailin törətdiyi qırğına son qoymaq üçün durmadan səy göstərir və İsraili beynəlxalq ictimaiyyətdən təcrid etmək üçün qətiyyətli addımlar atır.” – deyə paylaşımda qeyd edilib.
Açıqlamada Türkiyənin İsrailin fələstinlilərə qarşı irqçi və ədalətsiz siyasətini gündəmə gətirməyə davam edəcəyi qeyd edilib.
Fələstinlilərin öz ölkələrində öz dövləti olana qədər Türkiyənin bu haqq işini müdafiə edəcəyi vurğulanıb.
Hafiz Rufizoğlu