Bakı, AzerVoice:
41-ci Ənənəvi Nyu York Türk Paradı və Festivalının Bayraq qaldırma mərasimində Türkiyə bayrağı Wall Street-də dalğalanıb.
AzerVoice xəbər verir ki, ABŞ-da türk diplomatlarının erməni terror təşkilatı ASALA tərəfindən şəhid edilməsi səbəbilə 1981-ci ildən bəri yürüşlər keçirilir.
Bayraq qaldırma mərasimində Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi səfir Əhməd Yıldız, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, TADF prezidenti Gülay Aydemir, BMT-nin Daimi Nümayəndəliyinin Kommunikasiyalar üzrə nümayəndəsi Gül Kıratlı iştirak edib.