Bakı, AzerVoice
Türkiyənin Çanaqqala sahillərində 19 qeyri-qanuni miqrant saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat verib.
Sahil Mühafizəsi Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık sahillərində üzən rezin qayıqda nizamsız miqrantların olduğunu təsbit edib. Bölgəyə Sahil Mühafizəsinin “TCSG-905 və KB-4304” katerləri göndərilib.
Qruplar lif gövdəli rezin qayıqda 19 qeyri-qanuni miqrant və miqrant qaçaqmalçısı olduğu iddia edilən bir şübhəlini saxlayıb.
Gəmidən endirilən əcnəbi vətəndaşlar Ayvacık Repatriasiya Mərkəzinə göndərilib.
Hafiz Rufizoğlu