13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və İngiltərə 30 milyard dollarlıq ticarət hədəfi qoyur

6 May 2025 15:45
Türkiyə və İngiltərə 30 milyard dollarlıq ticarət hədəfi qoyur

BAKI, AzerVoice

Türkiyə ilə Böyük Britaniya arasında Azad Ticarət Sazişi yenilənir.

AzerVoice xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat sabah Böyük Britaniyaya səfər edəcək.

Səfər çərçivəsində Azad Ticarət Sazişinin (STA) yenilənməsi və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üzrə danışıqlar aparılacaq.

Londonda baş tutacaq səfər zamanı Bolatın Britaniyanın ticarət naziri Conatan Reynolds və İngiltərənin Türkiyə üzrə ticarət nümayəndəsi Əfzal Xan ilə görüşləri planlaşdırılıb. Eyni zamanda, Türkiyə-İngiltərə İş Forumunun açılışında çıxış edəcək nazir, iş dünyasının nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.

Bolat və Reynolds arasında keçiriləcək görüşdə illik ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması üçün atılacaq addımlar və strateji əməkdaşlıq sahələri müzakirə olunacaq. İki ölkənin iş adamlarının iştirakı ilə keçiriləcək forumun isə yeni tərəfdaşlıqlar üçün mühüm platforma olacağı gözlənilir.

Səfərin əsas məqsədlərindən biri 2020-ci ildən qüvvədə olan Türkiyə-Böyük Britaniya STA-nın xidmət ticarəti, investisiyalar və kənd təsərrüfatını da əhatə edəcək şəkildə genişləndirilməsidir. Danışıqlarda həmçinin texniki ticarət maneələri, kimyəvi maddələr və motorlu nəqliyyat vasitələri üzrə yeni əlavələrin imzalanması da nəzərdə tutulub. Bu sahələr iki ölkə arasında ümumi ticarətin 33 faizini (7,4 milyard dollar) təşkil edir.

Yeni saziş texniki maneələrin azaldılması, uyğunluğun qiymətləndirilməsi prosedurlarının uyğunlaşdırılması və daha şəffaf, təhlükəsiz ticarət mühiti yaradılmasını hədəfləyir.

Qeyd edək ki, 2023-cü ildə Türkiyə ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 22,1 milyard dolları keçib. İngiltərə 15,2 milyard dollarlıq göstərici ilə Türkiyənin üçüncü ən böyük ixrac bazarı olub. Həmin il Türkiyənin Böyük Britaniyadan idxalı 6,8 milyard dollar təşkil edib, bu ölkə isə 8,6 milyard dollarlıq birbaşa investisiya ilə Türkiyədəki 7-ci ən böyük sərmayədar kimi qeydə alınıb.

Məqalədə: #Türkiyə #Böyük Britaniya #Türkiyənin Ticarət Nazirliyi #London #iqtisadi müzakirə #Ömer Bolat #xarici ticarət dövriyyəsi #İqtisadi əlaqələr

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.