10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Suriyanın enerji infrastrukturuna dəstəyini artırır

13 May 2025 13:12
Türkiyə Suriyanın enerji infrastrukturuna dəstəyini artırır

BAKI, AzerVoice

Türkiyənin Suriyaya göndərəcəyi gündəlik 6 milyon kubmetr həcmində təbii qazın ölkənin enerji infrastrukturunun bərpasına ciddi töhfə verəcəyi gözlənilir.

AzerVoice xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın açıqlamasına görə, üç ay ərzində həyata keçiriləcək ixracın illik həcmi 2 milyard kubmetrə çatdırıla bilər.

Qazın Kilis üzərindən Halepə çatdırılması planlaşdırılır. Nazir bildirib ki, bu qaz Halepdəki elektrik stansiyalarını işə salmaq üçün istifadə olunacaq.

Suriyada 13 illik müharibə nəticəsində enerji infrastrukturu demək olar ki, tamamilə məhv olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ölkədə 16 milyon insan təcili tibbi yardıma ehtiyac duyur. Elektrik təminatının çatışmazlığı səbəbindən hazırda ölkədə əsasən mobil və kiçik miqyaslı generatorlardan istifadə olunur.

Hazırda Türkiyə ilə Suriya arasında 200 meqavatlıq elektrik tədarükü mövcuddur və bu həcmin yaxın zamanda 300–400 meqavat artırılması planlaşdırılır.

Suriya Enerji naziri Məhəmməd əl-Beşirin may ayının əvvəlində Türkiyəyə etdiyi səfər və iki ölkə arasında enerji əməkdaşlığının gücləndirilməsinə dair mesajları, infrastruktur layihələrinin sürətləndiriləcəyinin siqnalı kimi qiymətləndirilir.

Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener bildirib ki, Suriyada elektrik və təbii qaz infrastrukturu çökmüş vəziyyətdədir. Onun sözlərinə görə, Şam da daxil olmaqla Suriyanın heç bir bölgəsində günün üçdə birindən çoxunda elektrik təmin edilmir.

Bundan başqa, Şam rəhbərliyinin Türkiyədən də qaz alaraq elektrik stansiyalarını işə salmaq istədiyi bildirilir. Bu stansiyalar vasitəsilə Suriya elektrik şəbəkəsini yenidən qura bilər.

Məqalədə: #Türkiyə #Alparslan Bayraktar #Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyi #Suriya #Türkiyənin Suriya siyasəti #Türkiyə və Suriya münasibətləri #Türkiyə Suriya əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.