6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə vətəndaşları təhlükəsizlik səbəbilə İrandan ayrılır

İsrailin İrana qarşı hava hücumlarından sonra ölkədə olan Türkiyə vətəndaşları Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısından ölkəyə daxil olmağa başlayıb.

13 İyun 2025 16:04
Türkiyə vətəndaşları təhlükəsizlik səbəbilə İrandan ayrılır

BAKI, AzerVoice

Türkiyə-İran sərhədində son vəziyyət- Türkiyə vətəndaşları vətənə dönməyə başlayıb.

AzerVoice xəbər verir ki, İsrailin İrana qarşı hava hücumlarından sonra ölkədə olan Türkiyə vətəndaşları Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısından ölkəyə daxil olmağa başlayıb.

İranla İsrail arasında artan gərginlik fonunda, bəzi Türkiyə vətəndaşları təhlükəsizlik məqsədilə vətənə dönüş üçün sərhəd məntəqələrinə üz tutub. Urmiya şəhərindən qayıdan Zeki Gürdal, “İsrailin İrana hücum etdiyini eşidəndə dərhal qayıtmağa qərar verdik. Yanacaqdoldurma məntəqələrində uzun növbələr vardı. İnşallah, bu gərginlik tezliklə sona çatar,” – deyə bildirib.

Bununla yanaşı, Türkiyə-İran sərhədində yerləşən ən mühüm keçid məntəqələrindən biri olan Gürbulak Gömrük Qapısında isə hər hansı fövqəladə vəziyyət müşahidə olunmayıb. Avtomobil və piyada keçidlərində sıxlıq yoxdur, təhlükəsizlik tədbirləri isə adi rejimdə davam edir. Sərhəd-keçid məntəqəsində davam edən təmir işlərinin prosesə mənfi təsiri olmadığı qeyd olunub.

Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.

Məqalədə: #Türkiyə #İsrail #İran #İran və İsrail gərginliyi #İran İsrail münasibətləri #Türkiyə-İran münasibətləri #İran-İsrail münasibətləri #İsrailin İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.