14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrailin İran hücumları bölgə sülhünü təhdid edir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxış edərək İsrailin Yaxın Şərqdəki hərbi müdaxilələrinə və xüsusilə İrana qarşı həyata keçirdiyi hücumlara sərt reaksiya verib.

21 İyun 2025 13:33
İsrailin İran hücumları bölgə sülhünü təhdid edir - Ərdoğan

BAKI,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxış edərək İsrailin Yaxın Şərqdəki hərbi müdaxilələrinə və xüsusilə İrana qarşı həyata keçirdiyi hücumlara sərt reaksiya verib.

AzerVoice xəbər verir ki, Ərdoğan bildirib ki, İsrailin bölgədə apardığı işğal, dağıdıcı müharibə və təxribat siyasəti artıq İrana da yönəlib.

“13 iyundan bu yana İsrailin dövlət terroruna qonşumuz İran məruz qalır. Bu hücumları ən sərt şəkildə qınayıram. Həyatını itirən İranlı qardaşlarımız üçün ölkəm və millətim adından başsağlığı verirəm” – deyə o qeyd edib.

Ərdoğan İran xalqının tarixi, milli həmrəyliyi və güclü dövlətçilik ənənəsinə arxalanaraq bu çətin dövrü də dəf edəcəyinə əminliyini ifadə edib.

Ərdoğan, həmçinin, İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti bölgə sülhü üçün ən böyük təhlükə adlandıraraq deyib.

“Bütün bu hücumları ilə Netanyahu hökuməti bir daha sübut etdi ki, regional barışın qarşısındakı ən böyük maneə məhz odur”- deyə o vurğulayıb.

O, çıxışında həmçinin İsrailin Qəzza, Yəmən, Livan və Suriyaya qarşı həyata keçirdiyi bombardman və hərbi əməliyyatlara da toxunaraq, bu hücumların insanlıq əleyhinə cinayətlər olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #İsrail #Rəcəb Tayyib Ərdoğan #İran #İslam Əməkdaşlıq Təşkilatı #İƏT #İsrail İran hücumu 2025

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
İraq Türkiyə ixracatının yeddinci ən böyük bazarı olub
12:55
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
Hər fəsildə səyahət üçün ən ideal ərəb ölkəsi hansıdır?
12:53
Səudiyyə Ərəbistanı və BƏƏ regional gərginliyi müzakirə edib
Səudiyyə Ərəbistanı və BƏƏ regional gərginliyi müzakirə edib
12:49
Səudiyyə Ərəbistanı və Avropa İttifaqı regional prosesləri müzakirə edib
Səudiyyə Ərəbistanı və Avropa İttifaqı regional prosesləri müzakirə edib
12:43
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
12:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.