6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Təyyarələrimiz bölgədə təhlükə səbəbilə geri dönə bilmir - Uraloğlu

İran və İsrail arasında artan gərginlik səbəbindən Türkiyəyə məxsus 11 mülki təyyarə bölgədə qapalı vəziyyətdə qalıb.

21 İyun 2025 16:45
Təyyarələrimiz bölgədə təhlükə səbəbilə geri dönə bilmir - Uraloğlu

BAKI, AzerVoice

İran və İsrail arasında artan gərginlik səbəbindən Türkiyəyə məxsus 11 mülki təyyarə bölgədə qapalı vəziyyətdə qalıb.

AzerVoice xəbər verir ki, bu barədə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hazırda 7 təyyarə İranda, 4 təyyarə isə İraqda yerləşir.

“Raketlərin və pilotsuz uçuş aparatlarının intensiv fəaliyyəti səbəbilə nə Türkiyə tərəfi, nə də qarşı tərəflər bu mərhələdə təyyarələrin uçuşuna icazə verə bilmir. Təhlükəsizlik riskini nəzərə alaraq, müvafiq qurumlarla – Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı vasitəsilə vəziyyəti yaxından izləyirik”- deyə o bildirib.

Hazırda bölgədə qapalı qalan təyyarələr aşağıdakı şirkətlərə məxsusdur: Pegasus – 7 ədəd, Türk Hava Yolları (THY) – 2 ədəd, AJet – 1 ədəd, Tailwind – 1 ədəd.

Qeyd edək ki, 13 iyun tarixində İsrailin İranın paytaxtı Tehrana və digər strateji bölgələrinə həyata keçirdiyi hava hücumları regionda gərginliyi pik həddə çatdırıb. “Yüksək Aslan əməliyyatı” adlanan hücumlarda 200-ə yaxın İsrail təyyarəsi iştirak edib və nüvə obyektləri də daxil olmaqla 100-ə yaxın hədəf vurulub.

İsrailin bu addımı beynəlxalq reaksiyalara səbəb olub. ABŞ rəsmi dairələri əməliyyatda iştirak etmədiklərini bildirərək, İranı ABŞ maraqlarını hədəf almamaq barədə xəbərdar edib. ABŞ Prezidenti Donald Tramp isə İrana daha sərt cavabların verilə biləcəyini deyib.

Məqalədə: #Türkiyə #İran #Abdulkadir Uraloğlu #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #İraq #Tehran #Uçuş təhlükəsizliyi #Aviasiya sektoru

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.