4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Türkiyədəki müxalifət və İBB istintaqı barədə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Haliç Konqres Mərkəzində təşkil olunan Ziraat Bankası Kənd Təsərrüfatı Ekosistemi Görüşündə çıxışı zamanı ölkədəki müxalifət və İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı məsələlərinə toxunub.

28 İyun 2025 20:25
Ərdoğan Türkiyədəki müxalifət və İBB istintaqı barədə danışıb

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Haliç Konqres Mərkəzində təşkil olunan Ziraat Bankası Kənd Təsərrüfatı Ekosistemi Görüşündə çıxışı zamanı ölkədəki müxalifət və İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı məsələlərinə toxunub.

AzerVoice xəbər verir ki, Ərdoğan, Türkiyədəki zəhərli müxalifət anlayışına tez-tez diqqət çəkdiyini və bu anlayışın ölkəyə verdiyi zərərlərdən bəhs etdiyini xatırladaraq qeyd edib ki, Türkiyə hər sahədə irəlilədiyi halda, müxalifət – xüsusilə də əsas müxalifət partiyası xroniki hala çevrilmiş keyfiyyət problemi ilə narahatlıq doğurur.

“Ekranlardakı və qəzetlərdəki müzakirələri siz də izləyirsiniz. Uzun illər birlikdə yol getdikləri, birlikdə iş gördükləri, bələdiyyələrdə yüksək vəzifələr verdikləri dostları İstanbulun imkanlarının necə talandığını açıq-aşkar etiraf etməyə başlayıblar. Xalqa xidmət üçün xərclənməli olan vəsaitlərin siyasəti dizayn etmək üçün necə çəkinmədən istifadə edildiyi bir-bir ifşa olunur. İstanbulu zəhərli sarmaşıq kimi saran cinayət şəbəkəsinin kimlərdən hədə-pul aldığı, kimləri maaşa bağladığı yavaş-yavaş bəlli olur" - deyə, Ərdoğan bildirib.

"Cəmi iki il əvvəl Türkiyəni idarə etməyə layiq gördükləri şəxs haqqında bu gün dediklərini eşitdikcə “Allah bu millətin üzünə baxıb” deyirik. Onların gündəmində nə xalq var, nə də kəndli. Şübhə ilə yatır, iftira ilə qalxırlar” - deyə, o əlavə edib.

Bununla yanaşı, Türkiyə Prezidenti, müxalifətin ölkənin iqtisadiyyatına zərər verdiyini vurğulayıb.

"Nəticə etibarilə xalqa və dövlətə heç bir faydaları olmadığı kimi, zəhərli siyasətləri ilə Türkiyəyə və ölkə iqtisadiyyatına zərər verirlər. Sonra da çıxıb Məclisdə mazut bidonu ilə xalqçılıq nümayiş etdirirlər. Nə deyək, Rəbbim ölkəmizi və millətimizi bunların insafına buraxmasın” - deyə, Ərdoğan yekunlaşdırıb.

Xatırladaq ki, bundan əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu barəsində, "ictimai vəzifəli şəxsə təhqir" ittihamı ilə istintaq başladılmışdı.

Qeyd edək ki, martın 23-də Türkiyə məhkəməsi Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarıb. O, korrupsiya və digər maddələrlə ittiham olunur.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Əkrəm İmamoğlu #İstanbul Böyükşəhər Bələdiyyəsi

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.