4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə meşə yanğınları: 50 mindən çox insan təhlükəsiz bölgələrə köçürüldü

Türkiyədə bir həftədən çoxdur davam edən meşə yanğınları xüsusilə İzmir, Bilecik və Hatay vilayətlərində yaşayış məntəqələrini təhdid edir.

1 İyul 2025 11:02
Türkiyədə meşə yanğınları: 50 mindən çox insan təhlükəsiz bölgələrə köçürüldü

BAKI, AzerVoice

Türkiyədə bir həftədən çoxdur davam edən meşə yanğınları xüsusilə İzmir, Bilecik və Hatay vilayətlərində yaşayış məntəqələrini təhdid edir.

AzerVoice xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məsələ ilə bağlı açıqlama verərək, 50 mindən çox vətəndaşın müvəqqəti olaraq təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirib.

Nazirin sözlərinə görə, İzmirin Menderes və Seferihisar, həmçinin Bilecik və Hatay başda olmaqla bir çox ərazidə yanğınlara qarşı operativ müdaxilələr davam edir.

İlkin qiymətləndirmələrə əsasən, Bilecikdə 64 ev, 3 iş yeri və 20 tövlə, İzmirin müxtəlif bölgələrində isə 132 ev və 1 iş yeri yanğın nəticəsində zərər görüb.

Nazir Yerlikaya açıqlamasında həmçinin qeyd edib ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən Bilecik və İzmir valiliklərinə hərəsinə 30 milyon TL olmaqla ümumilikdə 60 milyon TL təcili yardım vəsaiti göndərilib.

“Yanğından zərər çəkən vətəndaşlarımıza keçmiş olsun deyirik. Dövlətimiz bütün qurumları ilə onların yanındadır,” – deyə nazir vurğulayıb.

Türkiyə hökuməti baş verən meşə yanğınlarına qarşı hava və quru qüvvələrinin iştirakı ilə genişmiqyaslı mübarizəni davam etdirir.

Məqalədə: #Türkiyə #Ali Yerlikaya #İzmir #Hatay

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

11:56
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.