15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə-Liviya razılaşması Qahirəni narahat edir

Liviyanın şərqində yerləşən Tobruk Nümayəndələr Palatasının Türkiyə ilə dəniz yurisdiksiyasının sərhədlərinə dair razılaşmanı təsdiqləməyə hazırlaşması bölgədə siyasi dinamikanı dəyişə bilər.

4 İyul 2025 10:34
Türkiyə-Liviya razılaşması Qahirəni narahat edir

BAKI, AzerVoice

Türkiyə-Liviya razılaşması Aralıq dənizində yeni gərginlik yaradıb.

AzerVoice xəbər verir ki, Liviyanın şərqində yerləşən Tobruk Nümayəndələr Palatasının Türkiyə ilə dəniz yurisdiksiyasının sərhədlərinə dair razılaşmanı təsdiqləməyə hazırlaşması bölgədə siyasi dinamikanı dəyişə bilər.

Bu xəbər Yunanıstan və Misiri hərəkətə keçirib.

Məlumata görə, Qahirə rəhbərliyi ABŞ-dan müdaxilə tələb edib ki, sazişin qəbuluna mane olsun. Misir rəsmiləri qeyd ediblər ki, bu razılaşma Qəzza və Sudandakı münaqişələrdən dolayı təzyiq altında olan ölkənin Şərqi Aralıq dənizində əlavə gərginliklə üzləşməsinə səbəb ola bilər.

Məlumata əsasən, Misirin xarici işlər naziri Bədr Əbdüləti bu məsələni ABŞ-ın Afrika üzrə müşaviri Massad Boulos ilə telefon danışığında gündəmə gətirib və Boulosun Xəlifə Haftarla əlaqə saxladığı bildirilib.

Razılaşmanın təsdiqi vəziyyətində, Türkiyə Neft Şirkəti ilə Tripolidəki Liviya Milli Neft Şirkəti arasında dörd dəniz blokunda aparılması planlaşdırılan neft kəşfiyyatı fəaliyyətləri Misirin iqtisadi maraqlarını poza bilər.

Xatırladaq ki, 2019-cu ildə Tripolidəki BMT tərəfindən tanınan Milli Razılıq Hökuməti ilə Türkiyə arasında dəniz səlahiyyətləri müqaviləsi imzalanmış, Tobruk administrasiyası isə bu sənədi tanımamışdı. Son dönəmlərdə Ankara və Tobruk arasında yaxınlaşmanın müşahidə olunması Yunanıstan və Misirin diplomatik səylərini artırıb. Yunanıstanın xarici işlər naziri George Ierapetritisin Liviyaya səfər edəcəyi bildirilir.

Qeyd edək ki, Türkiyə-Liviya razılaşması Aralıq dənizində dəniz sərhədlərinin və enerji resurslarının paylaşımı məsələsində uzunmüddətli regional rəqabətin mərkəzində yer alır.

Məqalədə: #Türkiyə #Misir #Livan #Yunanıstan #Qahirə #Aralıq dənizi #Türkiyənin mövqeyi #Türkiyə-Liviya müqaviləsi

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.