14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Gürcüstan 5 milyard dollarlıq ticarət hədəfinə yaxınlaşır

Türkiyənin ticarət naziri Ömər Bolatın Gürcüstana planlaşdırılan rəsmi səfəri çərçivəsində iki ölkə arasında Azad Ticarət Müqaviləsinin (STA) mənşə qaydalarının yenilənməsi üçün fərman imzalanacaq.

15 İyul 2025 18:00
Türkiyə və Gürcüstan 5 milyard dollarlıq ticarət hədəfinə yaxınlaşır

BAKI, AzerVoice

Türkiyənin ticarət naziri Ömər Bolatın Gürcüstana planlaşdırılan rəsmi səfəri çərçivəsində iki ölkə arasında Azad Ticarət Müqaviləsinin (STA) mənşə qaydalarının yenilənməsi üçün fərman imzalanacaq.

AzerVoice xəbər verir ki, nazirliyin məlumatına görə, Bolatın Gürcüstan prezidenti Mixeil Kavelaşvili və baş nazir İrakli Kobaxidze ilə keçirəcəyi görüşlərdə ticarət həcminin 5 milyard dollara çatdırılması üçün atılacaq addımlar, gömrük və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq.

Səfər çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və maliyyə naziri Laşa Xutişvili ilə də ikitərəfli görüşlər keçiriləcək. Əlavə olaraq, Türkiyə-Gürcüstan Biznes Forumunda hər iki ölkədən olan iş adamları bir araya gələcək, potensial layihələr və ortaq iqtisadi imkanlar dəyərləndiriləcək.

STA-nın əsas maddələrindən biri olan mənşə qaydaları Pan-Avropa-Aralıq dənizi Regional Konvensiyasına (PAAMK) uyğunlaşdırılacaq. Bu yenilənmə 2026-cı ildən qüvvəyə minəcək və Türkiyə ilə Gürcüstan arasında çarpaz-kumulyativ mənşə əsasında ticarətin və regional təchizat zəncirlərinin davamlılığını təmin edəcək.

Xatırladaq ki, 2008-ci ildən qüvvədə olan STA iki ölkə arasında sənaye məhsullarına tətbiq olunan rüsum və kəmiyyət məhdudiyyətlərini aradan qaldırıb. Hazırda tərəflər kənd təsərrüfatı və xidmətlər sahəsini də əhatə edən protokolun yekunlaşdırılması istiqamətində işləri davam etdirirlər.

Qeyd edək ki, 2008-ci ildə 1,5 milyard dollar olan Türkiyə-Gürcüstan ticarət dövriyyəsi 2024-cü ildə 3,4 milyard dollara yüksəlib. Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, ölkədə 1,5 milyard dolları aşan investisiya yatırımları ilə də önə çıxır. Gürcüstanda 2200-dən çox türk şirkəti fəaliyyət göstərir və bu günədək podrat sektorunda 5,6 milyard dollarlıq 304 layihə həyata keçirilib.

Məqalədə: #Türkiyə #Ömər Bolat #Gürcüstan #İrakli Kobaxidze #ticarət tövriyyəsi #İkitərəfli əlaqələr #İkitərəfli tariflər #Mixeil Kavelaşvili

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.