5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə iki bölgə fəlakət bölgəsi elan edilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Bilecik və İzmir vilayətlərində baş verən meşə yanğınlarından sonra bu ərazilərin “Ümumi Həyata Təsirli Təbii Fəlakət Bölgəsi” elan edildiyini açıqlayıb.

25 İyul 2025 14:07
Türkiyədə iki bölgə fəlakət bölgəsi elan edilib

BAKI, AzerVoice

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, Bilecik və İzmir vilayətlərində baş verən meşə yanğınlarından sonra bu ərazilərin “Ümumi Həyata Təsirli Təbii Fəlakət Bölgəsi” elan edildiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, nazir Yerlikaya, sosial media hesabında paylaşım edib.

Paylaşdığı məlumatda 27 iyun–24 iyul tarixləri arasında meşə yanğınları ilə mübarizə üçün həyata keçirilən tədbirlərlə bağlı statistik məlumatları bölüşüb. Onun sözlərinə görə, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən min 191 nəfər və 198 axtarış-xilasetmə vasitəsi, Jandarma Komandanlığından 8 min 953 personal və 18 hava vasitəsi, Türkiyə Daxili İşlər Nazirliyinin digər qurumlarından isə yüzlərlə personal və texnika bölgəyə göndərilib.

Nazir bildirib ki, yanğınlar səbəbilə 120 yaşayış məntəqəsindən insanlar təhlükəsizlik məqsədilə təxliyə olunub, təhlükə keçən ərazilərdə isə əhalinin geri dönüşü təmin edilib.

Yanğınların təsirinə məruz qalan 9 vilayətdə min 157 bina və min 458 müstəqil bölmə yoxlanılıb. Nəticədə 311 ev, 16 iş yeri və 50 tövlənin ya dağıldığı, ya da ağır ziyan gördüyü müəyyən edilib. AFAD tərəfindən ümumilikdə 128 milyon 492 min lirə vəsait bölgələrə göndərilib.

Zərərçəkən ailələrə verilən yardımlar çərçivəsində 7 vilayətdə 396 ailəyə 76 milyon 810 min lirə (AFAD tərəfindən), 2 milyon 85 min lirə isə Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən ödəniş edilib.

Əkinçilik və heyvandarlıq sahəsindəki zərərlərə gəlincə, 49 iri buynuzlu, 37 xırda buynuzlu heyvan, 171 quş və 4.175 arı pətəyinin yanğında tələf olduğu qeyd olunub.

01 may–24 iyul 2025 tarixləri arasında Jandarma tərəfindən 34 vilayətdə baş vermiş 184 meşə yanğınında 25 nəfər həbs olunub, 47 nəfərə məhkəmə nəzarəti qərarı verilib. Eyni dövrdə polis orqanları tərəfindən 56 yanğın hadisəsi üzrə 2 nəfər həbs edilib, 2 nəfərə nəzarət tədbiri tətbiq olunub.

Məqalədə: #meşə yanğını #Türkiyə meşə yanğınları 2025 #Türkiyə yanğın statistika 2025 #Eskişehir yanğınları 2025 #İqlim dəyişikliyi və yanğınlar #Türkiyə ekoloji fəsadlar 2025 #Yanğınsöndürmə resursları Türkiyə #Yanğınla mübarizə tədbirləri Türkiyə #Meşə yanğınları İyul 2025 #Yanğınların səbəbləri Türkiyə #Türkiyə meşə ziyanları 2025 #İzmir meşə yanğınları #Türkiyədə yanğınlara qarşı mübarizə

Mövzu üzrə digər xəbərlər

Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib
Türkiyə

Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib

13 Avqust 16:57
Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub
Digər Dövlətlər

Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

12 Avqust 21:15
Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir
Digər Dövlətlər

Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir

8 Avqust 20:24
Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib
Digər Xəbərlər

Yunanıstanın Evia adasında iri meşə yanğını baş verib

20 İyun 22:32

Son Xəbərlər

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.