6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə terrorla mübarizədə qətiyyətlidir - Bahçeli

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Türkiyənin “Terrorsuz Türkiyə” yolunda əhəmiyyətli addımlar atdığını bildirərək, YPG/PYD-nin bu prosesi ləngitmək və pozmaq cəhdlərini kəskin şəkildə tənqid edib.

26 İyul 2025 17:28
Türkiyə terrorla mübarizədə qətiyyətlidir - Bahçeli

BAKI, AzerVoice

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Türkiyənin “Terrorsuz Türkiyə” yolunda əhəmiyyətli addımlar atdığını bildirərək, YPG/PYD-nin bu prosesi ləngitmək və pozmaq cəhdlərini kəskin şəkildə tənqid edib.

AzerVoice xəbər verir ki, o bu sözləri daxili və xarici hadisələrlə bağlı yazılı açıqlamasında qeyd edib.

Bahçeli, “YPG/PYD-nin prosesi pozmaq arzusu qəbul edilə bilməyəcək bir çirkəflikdir,” deyə vurğulayıb.

O, qeyd edib ki, Türkiyə heç bir təhdid və təzyiq qarşısında geri çəkilməyəcək, “istiqbal və istiklal hüququ”nun qorunması milli məsələ olaraq qəbul ediləcək.

Devlet Bahçeli əlavə edib ki, Türkiyə Cümhuriyyətinin yeni yüzilliyində barış və qardaşlıq şəraitində sosial inkişaf, milli birliyə nail olmaq və iqtisadi yüksəliş kimi hədəflərlə lider ölkələr sırasında yer alması gözlənilir. Onun sözlərinə görə, Türkiyənin varlığı əbədi, mövqeyi isə güclüdür.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

Məqalədə: #PKK #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #AK Parti #PKK terror təşkilatı #PKK/YPG #PKK terrorçuları #PKK və YPG hədəfləri #PKK və Türkiyə münaqişəsi #terrorsuz Türkiyə #PKK ilə sülh prosesi

Mövzu üzrə digər xəbərlər

Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı
Suriya

Suriyada SDQ-nin dövlətə inteqrasiyası tamamlandı

21 Avqust 09:18
PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb
Türkiyə

PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb

20 Avqust 10:11
“Terrorsuz Türkiyə” prosesində yol xəritəsi müəyyənləşdi
Türkiyə

“Terrorsuz Türkiyə” prosesində yol xəritəsi müəyyənləşdi

12 Avqust 13:36
Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı 81 vilayətin valisi toplantıya çağırılıb
Türkiyə

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi ilə bağlı 81 vilayətin valisi toplantıya çağırılıb

11 Avqust 15:30

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.