13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə zəlzələdən sonra bölgədə 237 yeraltı təkan qeydə alınıb

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

11 Avqust 2025 11:14
Türkiyədə zəlzələdən sonra bölgədə 237 yeraltı təkan qeydə alınıb

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib.

AzerVoice xəbər verir ki, AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.

Zəlzələ təkcə Balıkəsirdə deyil, İzmir, İstanbul, Kütahya, Manisa, Eskişehir, Aydın, Sakarya, Tekirdağ, Yalova və Uşak daxil olmaqla bir sıra şəhərlərdə də hiss olunub. İstanbulda bir çox vətəndaşlar evlərini tərk edərək park və açıq sahələrdə gözləyib.

Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 81 yaşlı bir vətəndaş xilas edilsə də, bütün müdaxilələrə baxmayaraq vəfat edib. Ümumilikdə 29 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, lakin yaralıların həyati təhlükəsi yoxdur.

Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu sosial media üzərindən açıqlamasında 4 yaralının müalicəsinin xəstəxanalarda davam etdiyini və vəziyyətlərinin stabil olduğunu bildirib.

Zəlzələ nəticəsində 68 kənddə 16 bina dağılıb, lakin içərisində insan olan 4 binadan sakinlər sağ-salamat xilas ola biliblər.

Türkiyə Çevrə və Şəhərsalma Naziri Murat Kurum bildirib ki, əraziyə göndərilən qruplar hasar tespiti işlərinə başlayıb və hər bir məlumat diqqətlə dəyərləndirilir.

AFAD isə vətəndaşlara zədələnmiş binalara daxil olmamağı, yalnız rəsmi mənbələrə etibar etməyi və mümkün qədər SMS və internet əsaslı mesajlaşma vasitələrindən istifadə etməyi tövsiyə edib.

AFAD, zəlzələdən dərhal sonra “Türkiyə Fəlakətlərlə Müdaxilə Planı” (TAMP)-ın aktivləşdirildiyini, müxtəlif bölgələrdən yardım və axtarış-xilasetmə qruplarının əraziyə cəlb edildiyini bildirib.

Türkiyə Prezidentinin Kommunikasiya Direktoru Burhanettin Duran, dezinformasiyaya qarşı xəbərdarlıq edərək, yalnız rəsmi məlumatlara etibar edilməsinin vacibliyini vurğulayıb.

Məqalədə: #İstanbul #Türkiyə Səhiyyə Nazirliyi #AFAD #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #zəlzələ #İzmir #Murat Kurum #Balıkesir #Kemal Memişoğlu #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələlərin siyasi təsiri #seysmik hadisələr #Seysmik aktivlik #Türkiyədə zəlzələ 2025 #Türkiyənin aktiv zəlzələ zonaları #Zəlzələnin təsiri və nəticələri #Türkiyə Fəlakətlərə Müdaxilə Planı (TAMP) #uşaqlarda zəlzələ qorxusu #zəlzələ qorxusu #zəlzələ sonrası layihələr #Eskişehir #seysmik risk #Burhanəddin Duran #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ #Türkiyənin Ətraf Mühit #Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.