14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin Bartın vilayətində meşə yanğını baş verib

Türkiyənin Bartın rayonunda meşə yanğını qeydə alınıb. Yanğın Bartının Ulus rayonunda baş verib. Əraziyə çox sayda yanğınsöndürən briqadaları və texnika cəlb olunub. Alov və tüstü geniş sahəyə yayılır, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. Bartın valisi Nurtaç Arslan da hadisə yerinə gələrək vəziyyətlə tanış olub və məsul şəxslərdən məlumat alıb. O, jurnalistlərə açıqlamasında əhalinin təxliyəsinin gündəmdə olmadığını bildirib.

31 Avqust 2025 18:11
Türkiyənin Bartın vilayətində meşə yanğını baş verib

BAKI, AzerVoice, Səməd Əyyubov

Türkiyənin Bartın rayonunda meşə yanğını qeydə alınıb.

AzerVoice-un məlumatına görə, yanğın Bartının Ulus rayonunda baş verib.

Əraziyə çox sayda yanğınsöndürən briqadaları və texnika cəlb olunub. Alov və tüstü geniş sahəyə yayılır, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.

Bartın valisi Nurtaç Arslan da hadisə yerinə gələrək vəziyyətlə tanış olub və məsul şəxslərdən məlumat alıb. O, jurnalistlərə açıqlamasında əhalinin təxliyəsinin gündəmdə olmadığını bildirib.

Qeyd edək ki, son aylarda Türkiyənin bir çox bölgəsi meşə yanğınları ilə üz-üzə qalıb. 2025-ci ilin iyun və iyul aylarında İzmir, Eskişehir, Sakarya, Bilecik, Manisa və Hatayda genişmiqyaslı yanğınlar qeydə alınıb.

İzmir vilayətindəki yanğınlar nəticəsində 50 mindən çox insan təxliyə olunub, 200-dən çox ev və bir neçə iş yeri zərər görüb. Yanğınların səbəbləri arasında yüksək temperatur, güclü külək və elektrik xətlərindəki nasazlıqlar göstərilir. Söndürmə əməliyyatlarına mindən çox yanğınsöndürən, yüzdən artıq xüsusi texnika, 14 helikopter və 4 su təyyarəsi cəlb edilib.

Eskişehirdə baş verən yanğın daha faciəvi nəticələrə səbəb olub – 10 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb. Həlak olanlar arasında 28 yaşlı bir meşə işçisi və 2023-cü ildə zəlzələ xilasetmə əməliyyatlarında iştirak etmiş AKUT könüllüsü də var.

Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi fonunda Türkiyədə yanğın riski daşıyan günlərin sayı ildən-ilə artır. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verib ki, bu da yanğınsöndürmə qüvvələrinin işini daha da çətinləşdirib.

Məqalədə: #Türkiyə #meşə yanğını\ #meşə yanğını #meşə yanğınları #bartın #Meşələrin qırılması #Türkiyə meşə yanğınları 2025 #Türkiyə meşə ziyanları 2025

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.