7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Togg-un iki modeli Avropada 5 ulduz aldı

Türkiyənin elektrikli avtomobil markası olan Togg, Avropanın avtomobil təhlükəsizliyi sahəsində ən nüfuzlu qurumlarından biri olan Euro NCAP tərəfindən keçirilən testlərdə yüksək nəticə göstərərək 5 ulduzla qiymətləndirilib. Belçikanın Leuven şəhərində yerləşən Euro NCAP tərəfindən aparılan testlərdə Togg-un T10F sedan və T10X SUV modelləri təhlükəsizlik göstəriciləri baxımından "mükəmməl" hesab olunub.

9 Sentyabr 2025 15:30
Togg-un iki modeli Avropada 5 ulduz aldı

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin elektrikli avtomobil markası olan Togg, Avropanın avtomobil təhlükəsizliyi sahəsində ən nüfuzlu qurumlarından biri olan Euro NCAP tərəfindən keçirilən testlərdə yüksək nəticə göstərərək 5 ulduzla qiymətləndirilib.

AzerVoice xəbər verir ki, Belçikanın Leuven şəhərində yerləşən Euro NCAP tərəfindən aparılan testlərdə Togg-un T10F sedan və T10X SUV modelləri təhlükəsizlik göstəriciləri baxımından "mükəmməl" hesab olunub.

Euro NCAP tərəfindən yayımlanan açıqlamada qeyd olunur ki, Togg-un hər iki modeli yetkin sərnişinlərin müdafiəsi, uşaq sərnişinlərin təhlükəsizliyi, yol hərəkətində zəif iştirakçılar üçün qoruma və aktiv təhlükəsizlik sistemləri sahəsində yüksək göstəricilər əldə edib. T10F modeli yetkin sərnişin müdafiəsində 95 faiz, T10X isə 94 faiz nəticə göstərib. Hər iki model uşaq sərnişinlərin qorunması üzrə 85 faiz, təhlükəsizlik yardım sistemləri üzrə isə 80 faiz göstəriciyə nail olub.

Açıqlamada vurğulanır ki, Togg-un bu nəticələri yeni bir avtomobil markası üçün olduqca təsiredici hesab olunur. Euro NCAP proqram direktoru Aled Williams bu barədə verdiyi açıqlamada bildirib ki, Togg elektrikli avtomobil bazarında iddialı bir rəqib olduğunu nümayiş etdirmək məqsədilə yola çıxıb və ilk iki modeli ilə 5 ulduzlu nəticə qazanaraq gözləntiləri aşıb. O əlavə edib ki, testlərdən sonra mütəxəssislər Togg-un mühəndisliyindən və təhlükəsizlik səviyyəsindən olduqca təsirləniblər.

Togg-un gələcək planlarına da toxunulan açıqlamada, şirkətin 2030-cu ilə qədər Avropa bazarına 1 milyon elektrikli avtomobil ixrac etməyi hədəflədiyi, ümumilikdə isə məhsul çeşidini 5 fərqli modelə çatdırmağı planlaşdırdığı qeyd olunub. Avtomobillərin dizaynı məşhur türkiyəli dizayner Murat Günak tərəfindən hazırlanıb. Günak daha əvvəl Peugeot, Mercedes-Benz və Volkswagen qruplarında dizayna rəhbərlik etmiş təcrübəli mütəxəssis kimi tanınır.

Qeyd edək ki, Türkiyə artıq Fiat, Mercedes-Benz və Renault kimi bir çox Avropa avtomobil markalarının istehsal mərkəzi kimi tanınır və ölkədə hər il 1,5 milyondan çox avtomobil və kommersiya nəqliyyatı istehsal olunur.

Euro NCAP, Avropada satılan yeni avtomobil, kamyon və minik avtomobillərinin təhlükəsizlik göstəricilərini qiymətləndirərək, istehlakçılara, siyasətçilərə və avtomobil sənayesinə real və müstəqil məlumat təqdim edən qurumdur.

Məqalədə: #TOGG #TOGG və Çin avtomobil markaları #Togg satışları #Togg C-SUV satışları #Togg T10F satış tarixi #Togg T10F ön sifariş #Togg T10F Türkiyə 15 sentyabr #Togg T10F Almaniya 29 sentyabr #Togg T10F Urla yaşıl #Togg T10F interyer #Togg Trumore tətbiqi

Mövzu üzrə digər xəbərlər

Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)
ArabCars

Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)

26 Aprel 11:00
Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib
Türkiyə

Türkiyədə elektrikli avtomobillərin sayı 370 mini keçib

17 Yanvar 14:04
TOGG 2025-ci ildə hədəflərinə çatdı: satışlarda rekord göstərici
Türkiyə

TOGG 2025-ci ildə hədəflərinə çatdı: satışlarda rekord göstərici

4 Yanvar 19:17
Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub
Türkiyə

Togg Türkiyədə elektrikli avtomobil bazarının lideri olub

10 Dekabr 2025 13:38

Son Xəbərlər

Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.