8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Qətər zirvəsində mediaya açıqlanmayan qərarlar qəbul olunub - Hakan Fidan

Fidan bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə toplantısı nəticəsində yayımlanan yekun bəyanatdan əlavə, liderlərin qapalı görüşlərində İsrailin bölgədəki genişlənmə siyasətinə qarşı mediaya açıqlanmayan mühüm qərarlar qəbul edilib.

19 Sentyabr 2025 11:48
Qətər zirvəsində mediaya açıqlanmayan qərarlar qəbul olunub - Hakan Fidan

BAKI, AzerVoice, Fərid Mikayılov

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Qətərdə keçirilən fövqəladə zirvənin pərdəarxası detallarını açıqlayıb.

AzerVoice xəbər verir ki, nazir bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının birgə toplantısı nəticəsində yayımlanan yekun bəyanatdan əlavə, liderlərin qapalı görüşlərində İsrailin bölgədəki genişlənmə siyasətinə qarşı mediaya açıqlanmayan mühüm qərarlar qəbul edilib.

9 sentyabrda İsrail ordusu Qətərin paytaxtı Dohada sülh danışıqları aparan HƏMAS nümayəndə heyətinin yerləşdiyi binaya hava hücumu təşkil etmişdi. HƏMAS rəhbərliyi xilas olsa da, HƏMAS Siyasi Bürosunun üzvü Xalil əl-Hayyənin oğlu, dörd HƏMAS üzvü və bir qətərli polis olmaqla 6 nəfər həyatını itirmişdi. Bu hadisə “İsrailin Qətərə qarşı ilk birbaşa hərbi hücumu” kimi qeyd olunub.

Hadisə beynəlxalq ictimaiyyətin kəskin etirazına səbəb olub. ABŞ Prezidenti Donald Tramp “bizim xəbərimiz yox idi” desə də, ABŞ mediası bu açıqlamanı yalanlayan məlumatlar yayımlayıb. İsrail Baş naziri Benyamin Netanyahu isə Qətəri açıq şəkildə hədələyərək, “Ya onları təhvil verin, ya da biz özümüz bunu edəcəyik” ifadələrini işlədib.

İsrailin hücumunun ardından İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası təcili toplantı keçirərək Qətərdə birgə zirvə təşkil edib. Yekun sənəddə “İsrailə qarşı ortaq addım atılmalıdır” çağırışı ön plana çıxıb.

Məqalədə: #İsrail #ABŞ #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #İslam Əməkdaşlıq Təşkilatı #Qətər #Ərəb Liqası #HƏMAS #Doha #Dohada görüş #İsrail hücumu Qətər

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.