5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Suriya Prezidenti Şəraa ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində səfərdə olduğu ABŞ-ın Nyu-York şəhərində diplomatik fəaliyyətlərini davam etdirir. Ərdoğan, Nyu-Yorkdakı Türk Evinə yerləşən diplomatik nümayəndəlikdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüş keçirib. Görüş zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

24 Sentyabr 2025 21:31
Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Suriya Prezidenti Şəraa ilə görüşdü

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində səfərdə olduğu ABŞ-ın Nyu-York şəhərində diplomatik fəaliyyətlərini davam etdirir.

AzerVoice xəbər verir ki, Ərdoğan, Nyu-Yorkdakı Türk Evinə yerləşən diplomatik nümayəndəlikdə Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüş keçirib.

Görüş zamanı Türkiyə ilə Suriya arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan, Suriyaya tətbiq olunan bütün sanksiyaların ən qısa zamanda ləğv ediləcəyinə ümid etdiklərini bildirib. O vurğulayıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan, bu məqsədi daşıyan bütün təşəbbüslərə müsbət yanaşır.

O, həmçinin Suriya Demokratik Qüvvələrinin (SDQ) 10 Mart razılaşmasına riayət etməli olduğunu, Türkiyənin bölgədəki prosesləri yaxından izlədiyini və Suriyaya dəstəyin artaraq davam edəcəyini qeyd edib.

Görüşdə Suriya Xarici İşlər Naziri Əsəd Şeybani və Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak ediblər.

Ərdoğan eyni zamanda Türk Evi binasında ABŞ-Türkiyə Biznes Şurasının sədri Hamdi Ulukaya, şura üzvləri və ABŞ-ın aparıcı şirkətlərinin yüksək vəzifəli rəhbərləri ilə də görüşüb.

Bu görüşdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Xəzinə və Maliyyə naziri Mehmet Şimşek, Səhiyyə naziri Kemal Memişoğlu, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, Ticarət naziri Ömər Bolat, Prezidentin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin Xüsusi Katibliyinin rəhbəri Həsən Doğan, Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün və Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç da iştirak ediblər.


Məqalədə: #BMT #ABŞ #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya daxili siyasət #Suriya və təhlükəsizlik məsələləri #Suriya əməliyyatları #Suriyada hərbi əməliyyatlar 2025 #Türkiyənin Suriya siyasəti #Suriya münaqişəsi və Türkiyənin rolu #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #BMT Baş Assambleyası #Əhməd əş-Şəraa #SDQ (Suriya Demokratik Qüvvələri) #Türkiyə-Suriya əməkdaşlığı

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.