11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk zirehli texnikası Macarıstanda sınaqdan keçirilib - Sayı 5 dəfə artırılacaq

Türk müdafiə sənayesinin uğurlu məhsullarından olan Ejder Yalçın 4x4 taktiki zirehli maşını, NATO çərçivəsində Macarıstanda keçirilən Adaptive Hussars 2025 (ADHU 25) hərbi təlimində sahəyə çıxarıldı. Macarıstan Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi və ölkə tarixinin ən böyük hərbi təlimlərindən biri hesab edilən tədbirdə 22 minə yaxın hərbi personal iştirak edib.

3 Oktyabr 2025 16:52
Türk zirehli texnikası Macarıstanda sınaqdan keçirilib - Sayı 5 dəfə artırılacaq

BAKI, AzerVoice, Fərid Mikayılov

Türk müdafiə sənayesinin uğurlu məhsullarından olan Ejder Yalçın 4x4 taktiki zirehli maşını, NATO çərçivəsində Macarıstanda keçirilən Adaptive Hussars 2025 (ADHU 25) hərbi təlimində sahəyə çıxarıldı.

AzerVoice xəbər verir ki, Macarıstan Silahlı Qüvvələrinin ev sahibliyi etdiyi və ölkə tarixinin ən böyük hərbi təlimlərindən biri hesab edilən tədbirdə 22 minə yaxın hərbi personal iştirak edib.

Təlimdə Macarıstanla yanaşı Türkiyə, Xorvatiya, İtaliya və digər NATO ölkələrinin əsgərləri də yer alıb.

Nurol Makina tərəfindən Macarıstan ordusu üçün xüsusi hazırlanan Gidran 4x4 zirehli maşınları ön plana çıxıb. İlk dəfə 2020-ci ildə Macarıstan ordusunun inventarına daxil edilən Gidran, sürətli yerləşmə, qüvvələrin qorunması və çətin relyef şəraitində yüksək hərəkət qabiliyyəti ilə diqqət çəkib.

Türkiyənin də qatıldığı təlimdə Gidran 4x4-lər logistika, kəşfiyyat və manevr mərhələlərində intensiv şəkildə istifadə olunub. Bu əməkdaşlıq, NATO çərçivəsində Türkiyə, Macarıstan və digər müttəfiq qüvvələrin qarşılıqlı uyğunluğunu gücləndirib.

Hazırda Macarıstan ordusunun istifadəsində 100-dən çox Gidran var. Lakin 2026-cı ildən etibarən yerli istehsala başlanacaq və ümumilikdə 400-dən çox yeni maşın istehsal ediləcək. Bu proseslə ölkədəki Gidran 4x4-lərin sayı beş dəfə artırılacaq.

Bu inkişaf, Türkiyə müdafiə sənayesinin NATO müttəfiqləri ilə əməkdaşlıqda artan rolunu və məhsullarının beynəlxalq uğurunu bir daha nümayiş etdirir.

Məqalədə: #Türkiyə #Macarıstan #Türkiyə müdafiə sənayesi #NATO #ADHU 25 #Macarıstan Silahlı Qüvvələri #Gidran 4x4

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.