12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türk-Alman əməkdaşlığı Avropanın təhlükəsizliyi üçün vazkeçilməzdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

30 Oktyabr 2025 17:42
Türk-Alman əməkdaşlığı Avropanın təhlükəsizliyi üçün vazkeçilməzdir - Ərdoğan

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Fridrix Merts ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Türkiyə-Almaniya münasibətlərinin strateji əhəmiyyətini vurğulayıb. Ərdoğan bildirib ki, güclü əsaslara və çoxsahəli əlaqələr şəbəkəsinə malik Türk-Alman əməkdaşlığı Avropa və qonşu bölgələrin təhlükəsizliyi üçün vazkeçilməzdir.

AzerVoice xəbər verir ki, o, iki yaxın NATO müttəfiqi olaraq Türkiyə və Almaniyanın ortaq maraqlar əsasında ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə etdiyini qeyd edib. Ərdoğan Avropa İttifaqına tam üzvlük hədəfi ilə bağlı gözləntilərini də ifadə edib və bu istiqamətdə qətiyyətli iradənin birlik tərəfindən düzgün qiymətləndirilməsinin sürətli nəticələr verə biləcəyini vurğulayıb.

Prezident həmçinin bildirib ki, Almaniya Türkiyənin Avropadakı ən böyük ticarət tərəfdaşıdır və ticarət həcmi 50 milyard dollara çatıb. Yaxın gələcəkdə bu həcmin 60 milyard dollara yüksəldilməsi hədəflənir. Ərdoğan, Almaniyada yaşayan türk icmasının ölkələr üçün əhəmiyyətini vurğulayaraq, onların mədəniyyət, kimlik və dəyərlərinin qorunmasının önəmli olduğunu qeyd edib.

Mətbuat konfransında Türkiyə ilə Almaniya arasındakı iqtisadi, ticarət və müdafiə əməkdaşlığı sahələrində birgə layihələrin inkişaf etdirilməsinə də diqqət çəkilib. Ərdoğan bildirib ki, Türkiyə-Alman əməkdaşlığı gələcəkdə də güclü şəkildə davam etdiriləcək.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Almaniya #Avropa İttifaqı #NATO #xarici ticarət #Türkiyənin NATO-dakı rolu #NATO-da Türkiyənin rolu #Fridrix Merts

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.