16 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 7 vilayətdə aparılan əməliyyatlarda 8 cinayət şəbəkəsi zərərsizləşdirilib

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daxili qoşunlar tərəfindən yeddi vilayətdə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayət şəbəkəsi zərərsizləşdirilib, ümumilikdə 64 nəfər saxlanılıb. Nazir sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu əməliyyatların əsas məqsədi şəhərlərin təhlükəsizliyini və vətəndaşların rahatlığını təmin etməkdir.

4 Noyabr 2025 10:42
Türkiyədə 7 vilayətdə aparılan əməliyyatlarda 8 cinayət şəbəkəsi zərərsizləşdirilib

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, daxili qoşunlar tərəfindən yeddi vilayətdə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində səkkiz mütəşəkkil cinayət şəbəkəsi zərərsizləşdirilib, ümumilikdə 64 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, nazir sosial media hesabında paylaşdığı açıqlamada qeyd edib ki, bu əməliyyatların əsas məqsədi şəhərlərin təhlükəsizliyini və vətəndaşların rahatlığını təmin etməkdir.

Əməliyyatlar Baş Prokurorluqlar və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin koordinasiyasında həyata keçirilib. Saxlanılanlardan 36 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 26 nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb. Digər şübhəlilərlə bağlı istintaq davam edir.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, saxlanılan şəxslər müxtəlif bölgələrdə bir sıra qanunsuz fəaliyyətlə məşğul olublar. Belə ki, Aydın vilayətində ev və avtomobillərin atəşə tutulması, Balıkesirdə qumar oynayan şəxslərə borc verərək məcburi sened imzalatmaq və şantaj etmək, Diyarbəkirdə yanacaq dələduzluğu, Orduda qarşılıqsız çeklə vətəndaşları aldatmaq, Kilisdə silah qaçaqmalçılığı, Şanlıurfada özlərini dövlət məmuru kimi təqdim edərək dələduzluq etmək, Niğdədə isə yüksək faizlə borc verib sələmçiliklə məşğul olmaq halları aşkarlanıb.

Ali Yerlikaya bildirib ki, bu əməliyyatlar nəticəsində dələduzluq, təhdid, sələmçilik və silah qaçaqmalçılığı kimi cinayətlərin qarşısı alınıb.

Prokurorluq orqanları tərəfindən saxlanılan şəxslərlə bağlı istintaq başladılıb. Nazir əməliyyatlarda iştirak edən hüquq-mühafizə əməkdaşlarını təbrik edib və cinayətkarlığa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini qeyd edib.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Baş Prokurorluq #Aydın #Cinayət şəbəkələri

Mövzu üzrə digər xəbərlər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib
Qətər

Qətər əmiri Türkiyə səfirini “Əl-Vəcbə” ordeni ilə təltif edib

15 Sentyabr 16:53
Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi
Türkiyə

Türkiyənin yeni hava qalxanı sınaqdan keçdi: "Pars Scout 8x8" üzərində "Burç" sistemi

15 Sentyabr 10:50
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00

Son Xəbərlər

Tarixdə bu gün - 16 sentyabr
Tarixdə bu gün - 16 sentyabr
00:01
Bu günə olan əsas xəbər başlıqları
Bu günə olan əsas xəbər başlıqları
15 Sentyabr 23:00
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
15 Sentyabr 22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
15 Sentyabr 22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
15 Sentyabr 22:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.